Qusar şəhəri 6 nömrəli tam orta məktəbin müəllim və şagirdləri ilə görüş olub AZƏRTAC
Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bakı, 13 dekabr, AZƏRTAC
Dekabrın 13-də elm və təhsil nazirinin müavini Firudin Qurbanov Qusar şəhəri Tofiq İsmayılov adına 6 nömrəli tam orta məktəbdə olub.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, məktəbdə mövcud şəraitlə tanış olan nazir müavini tədris prosesini izləyib, şagird və müəllimlərlə söhbət aparıb, onların təkliflərini dinləyib.
Təhsil müəssisəsinin fəaliyyət göstərdiyi müddət ərzində əldə edilən nailiyyətlər, tədris metodları barədə məlumat verən direktor Kəmalə Sadıxova qeyd edib ki, hazırda təhsil ocağında 1122 şagird təhsil alır və 84 nəfərdən ibarət pedaqoji heyət fəaliyyət göstərir. Bildirilib ki, təhsil müəssisəsində yaradılmış icma əsaslı məktəbəqədər təhsil qrupunda 24 uşaq təhsilə cəlb edilib.
Məktəbin kitabxanasına da baxış keçirən nazir müavini Firudin Qurbanov kitabxananın şagirdlərin oxu tələblərinə uyğun olaraq yenidən təşkil edilməsi ilə bağlı tapşırıq verib.
Baxış sayı:220
Bu xəbər 13 Dekabr 2024 15:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















