Icma.az
close
up
RU
Qusar xəstəxanasına vaxtı keçmiş dərmanlar verdiyi iddia edilən aptek işçisindən AÇIQLAMA

Qusar xəstəxanasına vaxtı keçmiş dərmanlar verdiyi iddia edilən aptek işçisindən AÇIQLAMA

Icma.az, Oxu.az portalına istinadən məlumat yayır.

İddiaya görə, Qusar Rayon Mərkəzi Xəstəxanasının aptek bölməsinin əməkdaşı İlhamə Hacıyeva (onun həm də xəstəxana direktorunun həyat yoldaşı olduğu deyilir) tibb işçilərinə vatsap nömrəsi vasitəsilə vaxtı keçmiş dərmanların xəstələrə verilməsinə dair tapşırıq verib.

Həmçinin Qusar Rayon Mərkəzi Xəstəxanasında ötən il 23 nəfərin dünyasını dəyişdiyini də iddia edilib.

Oxu.Az xəbər verir ki, sözügedən qalmaqallarda adıçəkilən İlhamə Hacıyeva məsələ ilə bağlı Bizim.media-ya danışıb. O, deyib ki, paylaşılan yazışmalar qurmadır və düşmənçilik məqsədilə edilib:

"Adımı götürüb haradasa hallandırmaq mənim günahım deyil. Qusar xəstəxanasında belə bir şeyin olması sıfırın altındadır. Bu, xəstəxananın direktoru Kamil Hacıyevə qarşı qurulmuş təxribatdır və düşünülmüş, günlərlə qurulmuş plandır. Dəfələrlə belə hallar olub və bu da onun bir qoludur. Heç bir istinad mənbəyi olmayan bir məlumatdır. Özlərindən hər dəfə bir məlumat çıxarırlar və hər zaman da eyni adam paylaşır".

İlhamə Hacıyevanın sözlərinə görə xəstəxananın başına gətirilən müsibətlər bununla bitmir:

"Bu günə qədər bu xəstəxanaya gəlmiş bütün müdirlərə qarşı oynanılan oyunlardır. İndi də bu müdiriyyətə qarşı görülən tədbirlərdir. Məqsəd xəstəxananın rəhbərliyinə və tibb müəssisəsinin özünə xələl gətirməkdir. Çünki direktor heç kəsə rüşvət vermir və həkimlərin də rüşvət almasının qarşısını alır. Çoxlarına isə deyəsən bu, sərf eləmir".

Məsələ ilə bağlı hüquq mühafizə orqanlarına müraciət edib-etməyəcəyinə gəlincə, İlhamə Hacıyeva bir dəfə bununla bağlı müraciətlərinin olduğunu deyib:

"Bir dəfə müraciət etdik və xəstəxananın direktoruna qarşı iş açıldı. Nüfuzu isə yerlə-bir oldu. Ona görə də növbəti dəfə ora müraciət etməyi düşünmürük", - deyə aptek işçisi əlavə edib.

16:16

Qusar Rayon Mərkəzi Xəstəxanasında xəstələrə vaxtı keçmiş dərmanların verilməsi iddiası ilə bağlı sözügedən xəstəxanadan açıqlama verilib.

Bu barədə Oxu.Az-a açıqlama verən sözügedən xəstəxananın əməkdaşı bildirib ki, həmin iddialar araşdırılmayıb:

"Biz o barədə indi eşitmişik, hələ araşdırmamışıq. Heç bir məlumat verə bilmərik".

Qeyd edək ki, adı aptek bölməsinin əməkdaşı kimi hallanan İlhamə Hacıyevanın Qusar Rayon Mərkəzi Xəstəxanasında çalışıb-çalışmaması ilə bağlı sualımızı eşidən şəxs bizə cavab verməkdən imtina etdi.

14:56

Qusar Rayon Mərkəzi Xəstəxanasında xəstələrə vaxtı keçmiş dərmanların verildiyi iddia olunur.

Oxu.Az xəbər verir ki, məlumatı "Şimal xəbərləri"nin baş redaktoru Müqəddəs Mehdiyev paylaşıb.

O qeyd edib ki, xəstəxananın aptek bölməsinin əməkdaşı İlhamə Hacıyeva (o, həm də xəstəxana direktorunun həyat yoldaşıdır - red.) tibb işçilərinin "WhatsApp" qrupuna bu cür mesaj göndərib:

"Deməli, aptekdə vaxtı keçən dərman və sərfiyyatlar var. Bunlar şöbələrə paylanacaq".

"Bəzi məlumatlara görə, Qusar Rayon Mərkəzi Xəstəxanasında ötən il 23 nəfər dünyasını dəyişib. Deyilənə görə, bu, rekord göstəricidir. Hazırda Qusar Rayon Prokurorluğunda xəstəxanadan edilən bəzi müraciətlər əsasında araşdırmalar aparılır. Ümid edirik ki, bu "WhatsApp" yazışması da ciddi şəkildə yoxlanılacaq və həqiqət üzə çıxacaq", - deyə M.Mehdiyev əlavə edib.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Mətbuat Xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq qeyd edilib ki, sözügedən məsələ araşdırılır.

Məhərrəm Əliyev

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:228
embedMənbə:https://oxu.az
archiveBu xəbər 18 Mart 2025 19:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see302

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see268

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see251

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see242

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see242

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see240

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see227

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see227

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see226

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see220

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see218

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see209

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see208

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see207

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see203

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see201

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see197

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri