Qusara qonaq gedən 4 yaşlı uşaq faciəvi şəkildə öldü DİN dən çağırış
Qafqazinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Qusarda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
“Qafqazinfo” xəbər verir ki, rayonun Bədirqala kəndində Elçin Fətəliyev idarə etdiyi “Ford Transit” markalı avtomobillə 4 yaşlı Əliyev Yaqub Samət oğlunu vurub. Nəticədə, azyaşlı aldığı xəsarətlərdən ölüb.
Bildirilib ki, dünən Y.Əliyev anası ilə Bakıdan Qusara qonaq gedib. Onlar avtobusdan düşüb yolu keçərkən uşaq nəqliyyat vasitəsinin qarşısına çıxıb və faciəvi hadisə baş verib.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
***
DİN Mətbuat Xidmətinin Quba regional qrupu valideynlərə müraciət edərək, azyaşlı uşaqların yollarda təhlükəsizliyinə xüsusi diqqət yetirməyə, onların nəqliyyat vasitələrinin hərəkət etdiyi ərazilərdə nəzarətsiz buraxılmamasına çağırıb.
"Sürücülərdən isə yol hərəkəti qaydalarına ciddi əməl etmələri, yaşayış məntəqələrində və piyadaların hərəkət etdiyi ərazilərdə sürət həddini aşmamaları, xüsusilə uşaqların yola çıxma ehtimalının olduğu yerlərdə daha diqqətli və ehtiyatlı olmaları xahiş olunur. Hər bir hərəkət iştirakçısının məsuliyyətli davranışı insan həyatının qorunmasında mühüm əhəmiyyət daşıyır" - deyə, müraciətdə vurğulanıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:147
Bu xəbər 19 Avqust 2026 09:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















