Icma.az
close
up
RU
Qusarda bu il 826 hektar intensiv və superintensiv tipli meyvə bağı salınıb AZƏRTAC

Qusarda bu il 826 hektar intensiv və superintensiv tipli meyvə bağı salınıb AZƏRTAC

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Qusar, 18 noyabr, Elxan Yusifli, AZƏRTAC

Qusarın meyvə bağlarından bu mövsüm 60 min tondan çox ton məhsul yığılıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bağ sahələrindən bu günə kimi 40 min ton alma, 5300 ton armud, 4507 ton şaftalı, 2913 ton gilas, 3836 ton fındıq və digər meyvələr toplanılıb. Rayon bağlarından ötən ilin eyni dövrü ilə müqayisədə 12 min ton çox meyvə yığılıb.

Meyvə istehsalının artmasında Qusar rayonunda intensiv bağçılığın inkişafı mühüm rol oynayır. 2020-ci ildən bu yana rayonda 4706 hektar yeni bağ sahələri salınıb. Bu il salınmış bağların 826 hektarı intensiv və superintensiv tiplidir.

Ənənəvi bağlarla müqayisədə superintensiv bağlarda məhsuldarlıq daha yüksəkdir. Bu bağların dərmanlanması və suvarılması prosesi də daha asandır. Bu bağlardan əldə olunan məhsul keyfiyyətli və xarici bazarlarda rəqabətqabiliyyətli olduğu üçün daha çox gəlir gətirir. Buna görə də sahibkarlar yeni intensiv və superintensiv tipli meyvə bağları salmaqda maraqlıdırlar.

Digər tərəfdən intensiv tipli bağlar tez məhsul verməklə yanaşı, həm də xəstəlik və zərərvericilərə qarşı davamlıdır. Ən əsası isə həm xarici, həm də yerli bazarlarda intensiv bağların məhsulu olan meyvələrə tələbat yüksəkdir. Müasir tipli bağların suvarılmasında damlama suvarma sistemindən istifadə olunur. Bu isə suvarma suyuna qənaət etməklə yanaşı, işçi qüvvəsinin də işini xeyli asanlaşdırır.

Hazırda Qusar rayonunda 14 min 320 hektar meyvə bağı mövcuddur ki, onlardan 8000 hektardan çoxu intensiv tipli bağ sahələridir. Rayon ərazisində istifadədə olunan 11 olan soyuducu anbar var. Daha bir anbarın tikintisi isə davam etdirilir. Rayonda yerləşən soyuducu anbarların ümumi tutumu 47,4 min ton təşkil edir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:144
embedMənbə:https://azertag.az
archiveBu xəbər 18 Noyabr 2024 10:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see277

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see245

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see214

Fevral ayı üçün namaz vaxtları TƏQVİM

31 Yanvar 2026 17:29see210

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see208

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see203

Bizə diktə etməyə çalışırlar İranlı nazirdən AÇIQLAMA

01 Fevral 2026 03:09see188

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see187

Teleradio Akademiyasında “Mediada Azərbaycan dili” mövzusunda növbəti təlim keçirilib

31 Yanvar 2026 16:15see167

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see167

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see166

İqtisadiyyat Nazirliyində müdir, SOCAR da rəis müavini Həbs olunan dələduzun ŞOK VƏDLƏRİ

31 Yanvar 2026 17:28see163

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see162

Bakı Brüssel iqtisadi gündəliyi

31 Yanvar 2026 11:20see158

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see156

İran XİN rəhbəri etirazlar zamanı 30 min nəfərin ölməsi ilə bağlı iddiaları təkzib edib

31 Yanvar 2026 12:22see156

Bu ölkədə siyasi məhbus qalmadı

31 Yanvar 2026 20:26see155

Qaz sayğacında olan problemə görə fantastik məbləğdə borc GƏLDİ

01 Fevral 2026 00:06see153

Banklar daha çox hansı sahibkarı seçir? Biznes kreditlərinin bölgüsü

31 Yanvar 2026 16:18see146

Starmer: Britaniya kralının qardaşı Endryu Epşteyn işinə görə ifadə verməlidir

01 Fevral 2026 02:05see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri