Qusarda Heydər Əliyevin abidəsinə kütləvi ZİYARƏT başlandı FOTO
Icma.az, Bizim media portalına istinadən məlumatı açıqlayır.
Azərbaycan xalqının milli lideri Heydər Əliyevin vəfatının 21-ci ildönümü xüsusi ehtiramla qeyd olunub. Səhər saatlarından başlayaraq dahi insanın Qusar şəhərindəki abidəsinin kütləvi ziyarətinə başlanılıb. Rayon icra başçısı və rayonun digər rəsmiləri, ictimaiyyət nümayəndələri, şəhid ailələri, keçmiş döyüşçülər Heydər Əliyevin abidəsini ziyarət edib, abidə önünə tər güllər düzüblər.
Bizim.Media-nın Şimal bürosu xəbər verir ki, Heydər Əliyevin həyat və fəaliyyərindən bəhs edən sərgiyə baxış olub.
Daha sonra Heydər Əliyev mərkəzində dahi şəxsiyyətin anım mərasimi təşkil olunub.
Anım mərasimi Heydər Əliyevin və şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Tədbir iştirakçılarına Heydər Əliyevin ömür yolunu əks etdirən sənədli film nümayiş olunub.
Qusar icra başçısı Sahir Məmmədxanov Azərbaycan xalqının xilaskarı kimi tarixə düşən fenomen şəxsiyyət Heydər Əliyevin misilsiz xidmətlərindən və xalqa verdiyi çoxsaylı töhfələrdən söz açıb. Bildirib ki, müasir Azərbaycan dövlətinin banisi və qurucusu Heydər Əliyevin adı ilə bağlıdır.
Digər çıxışlarda da dahi Heydər Əliyevin Azərbaycan xalqı qarşısında göstərdiyi xidmətlərindən danışılıb.



























Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:116
Bu xəbər 12 Dekabr 2024 14:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















