Qusarda kişi arvadını və qaynını baltalamaqda təqsirli bilindi, saxlanıldı
Icma.az, Olke.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Qusar rayonunda bir nəfərin ölümü, bir nəfərin isə xəsarət alması ilə nəticələnən insident olub.
Ölkə.Az "Report"a istinadla xəbər verir ki, 67 yaşlı Qusar rayon sakini Vəkil Saday oğlu Əlibəyov vətəndaş nikahında olduğu 49 yaşlı Şəlalə Ömərovanı və onun qardaşı, 57 yaşlı Şirin Şəmsəddin oğlu Ömərovu baltalayıb.
Nəticədə Ş.Ömərov ölüb, Ş.Ömərova isə xəsarət alıb.
Cinayət əməlini törətməkdə şübhəli bilinən V.Əlibəyov saxlanılıb.
Qusar rayonunda arvadı və qaynını baltalayan şəxsə xüsusi amansızlıqla adam öldürmə maddəsi ilə cinayət işi açılıb.
Baş Prokurorluqdan verilən məlumata görə, Vəkil Əlibəyovun rayonun Yuxarı Tahircal kəndində yerləşən fərdi yaşayış evində balta ilə çoxsaylı xəsarətlər yetirərək Şirin Ömərovu xüsusi amansızlıqla qəsdən öldürməsinə, Şəlalə Ömərovaya isə xəsarət yetirməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Vəkil Əlibəyov rayon prokurorluğu tərəfindən şübhəli şəxs qismində tutulub.
Hazırda iş üzrə ibtidai istintaq davam etdirilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:102
Bu xəbər 11 Avqust 2025 16:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















