Qusarın Həzrə kəndinin problemləri dinlənildi FOTO
Bizim media saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanovun rayonun Həzrə kəndində vətəndaşların səyyar qəbulu baş tutub.
Rayon icra hakimiyyətindən Bizim.Media-nın yerli bürosuna verilən məlumata görə, səyyar qəbulda RİH başçısı Aparatının məsul əməkdaşları, rayonun hüquq-mühafizə orqanlarının idarə, müəssisə, xidmət sahələrinin rəhbərləri, kənd sakinləri iştirak ediblər.
Sakinlər kənddə mövcud məktəb binası və tibb məntəqəsinin təmiri, içməli su təminatının yaxşılaşdırılması məqsədilə artezian quyusunun qazılması, kənd yollarında müvafiq yol nişanlarının quraşdırılması və digər məsələlərlə bağlı müraciətlərini ediblər.
İcra başçısı hər bir müraciəti diqqətlə dinləyərək, sakinlər tərəfindən qaldırılmış məsələlərin həlli ilə bağlı müvafiq tapşırıqlarını verib.




Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:116
Bu xəbər 15 Oktyabr 2025 20:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















