Qusarın təhsil müəssisələrində çalışan şəhid ailə üzvləri və qazilər ilə görüş keçirilib AZƏRTAC
Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Bakı, 13 dekabr, AZƏRTAC
Dekabrın 13-də Qusar rayonunda səfərdə olan elm və təhsil nazirinin müavini Firudin Qurbanov rayonun təhsil müəssisələrində çalışan şəhid ailə üzvləri və qazilərlə görüşüb.
Elm və Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, Firudin Qurbanov çıxışında torpaqlarımızın işğaldan azad edilməsində təhsil işçilərinin rolunun danılmaz olduğunu vurğulayıb. Firudin Qurbanov Vətən müharibəsində 760 təhsil işçisinin düşmənə qarşı vuruşduğunu, onlardan 20 nəfərinin şəhidlik zirvəsinə ucaldığını xatırladıb.
Nazir müavini bildirib ki, Vətən müharibəsi iştirakçıları, eləcə də müharibədə iştirak etmiş təhsil işçiləri hər zaman dövlətin, həmçinin Elm və Təhsil Nazirliyinin xüsusi diqqət və qayğısı ilə əhatə olunub.
Çıxışının sonunda görüş iştirakçılarına uğurlar arzulayan Firudin Qurbanov Elm və Təhsil Nazirliyinin hər zaman onların təklif və müraciətlərini dinləməyə hazır olduğunu qeyd edib.
Daha sonra təhsil işçiləri onlara göstərilən diqqət və qayğıya görə təşəkkür edərək fikirlərini bölüşüblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:139
Bu xəbər 13 Dekabr 2024 16:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















