Quşlar niyə ancaq səhərlər oxuyur? Alimlər araşdırdı
Icma.az, Milli.az portalına istinadən məlumat yayır.
Səhərlər dünyanın hər yerində quşların nəğmələri eşidilir. Lakin bu nəğmələrin niyə bu qədər intensiv olduğu uzun müddətdir ki, sirr olaraq qalırdı.
Milli.Az xəbər verir ki, alimlərin apardığı araşdırma, xüsusilə zebra ispinozları (Taeniopygia guttata) üzərində aparılan təcrübələr bu davranışın arxasındakı bioloji motivasiyanı izah etməyə bir qədər kömək olub.
Tədqiqatda qeyd olunur ki, sübh nəğmələri quşlarda günəşin çıxmasını gözləməklə əlaqəli ola bilər.
Tədqiqatçılar laboratoriya şəraitində zebra ispinozlarını müxtəlif işıq rejimlərində müşahidə ediblər. Aydın şəraitdə erkək quşlar yüzlərlə nəğmə oxuyarkən, qaranlıqda heç bir səs çıxarmayıblar. Bu müşahidə, gündüz-gecə dövrlərinin nəğmə davranışına necə təsir etdiyini anlamağa dair yeni ipucları verib.
Tədqiqat göstərib ki, quşlar qaranlıqda da oyanırlar, lakin nəğmə oxumurlar. Alimlər bunun melatonin hormonu ilə əlaqəli bioloji mexanizmlərlə tənzimləndiyini düşünürlər.
Quşların səhər çıxardığı səslərin bir növ "vokal məşq" funksiyasını daşıdığını bildirir. Bu intensiv səhər nəğmələrinin quşlara gecə boyu səssiz qaldıqdan sonra səs tellərini isindirməyə, gün ərzindəki performanslarını artırmağa kömək etdiyi düşünülür.
Mina Mikayılova
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:101
Bu xəbər 11 Noyabr 2025 08:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















