Icma.az
close
up
RU
Quşların qanadları da yoxdursa...

Quşların qanadları da yoxdursa...

Qaynarinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

İki keçmiş Pribaltika yazıçısının əsərindən danışacam sizə. Birinin əsərinin adı yadımda qalıb, digərininsə nəinki özünün, hətta əsərinin də adını unutmuşam. Birini sovetin lap arxayın vaxtlarında, digərinisə ötən səksəninci illərin axırlarında oxumuşdum.

Birincinin - romanın adı "Qanadsız quşlar” idi. Qeyri–adi bir roman deyildi, olsa-olsa, sovet vaxtı Özbəkistan kommunist partiyasının birinci katibi olmuş, yazıçı-məmur, siyasi büro üzvlüyünə namizəd Şərəf Rəşidovun "roman”larından, xüsusən baş katib Leonid İliç Brejnev yoldaşın çox məşhur "trilogiya”sından (İlahi, sovet vaxtı nə qədər zir-zibil də oxumuşduq! Bunlardan xilas olmağın yolunu da tapmır adam!) azca maraqlı və təsirli olardı. 

Odur, tək adı qalıbdı yadımda: "Qanadsız quşlar”. Bilirsinizmi, niyə? Əsəri oxuyanda uşaq deyildim. O vaxtdan bir sual həkk oldu beynimə: "Əcəba, quşların qanadları da yoxdusra, daha nəyi vardır?”.. 

Beləcə, "qanadsız quşlar” ifadəsi mənimçün bir simvol, hətta "siyasi etiket” oldu. Dünyada azadlığa can atan, amma ən müxtəlif səbəblərdən buna çatmayanları xarakterizə etmək istəyəndə bu ifadə düşür yadıma!

İkinci əsərsə bir hekayəydi. Təsadüfən düşmüşdü əlimə. Çox təəssüf, nə  adı, nə də müəllifi yadımda qalmayıb. 

Məzmunu beləydi ki, bir uşağın dilindən nəql olunurdu. Bəli, uşaq danışırdı ki: "Atam fizik idi. Axşam işdən qayıdandan sonra özünün bütün divarlarını güzgülərlə bəzədiyi otağına çəkilər, dörd tərəfdən ona tuşlanan əkslərinə baxa-baxa konyak içərdi. Hərdən də səhərə qədər nəsə yazıb-pozar, sonra da yazdıqlarını əzib-bükmələyib zibil qutusuna atardı. Qoca professor babam gələr, zibil qutusundan əlyazmalarını götürər, aparıb üzünü köçürər və xarici jurnallara göndərərdi. Xeyli belə davam etdi. Amma bir gün atam həmişəki kimi səhər yenə də işə yollandı, fəqət, daha qayıtmadı..."

Doğrusu, bir az əvvəldə qeyd etdiyim yarısovet–yarılatış romanı yox, məhz bu hekayə daha çox təsir etmişdi mənə. 

Əsas da ona görə ki, "geri qayıtmamaq” məsələsini müəllif, yaddaşım aldatmırsa, açıq saxlamışdı. Həm də hekayəni oxuyandan sonra bilirsiniz, dərhal ağlıma nə gəldi? Fikirləşdim ki, hekayənin müəllifi də  bir gün mütləq yoxa çıxacaq və daha geriyə - evinə dönməyəcək...  

Qərəz, uşağın istedadlı fizik atası o vaxt bir neçə səbəblərdən geri dönməyə bilərdi. Hərçənd, prinsipcə, hər oxucu özü bir sonluq düşünə bilərdi bunun üçün.  

Ya ölkədən qaçardı (hərçənd ki, çox çətin məsələydi, hər adama da müyəssər olmurdu), ya da başqa sovet adamları kimi "yoxa çıxardı”; onu da NKVD-nin "qara maşın”ına basıb "sovet gestaposu”na aparar, oradan da, ən yaxşı halda, məhbus alimlərin çalışdığı Sibir "şaraşka”larından birinə yollayardılar, hansıları ki, sonradan böyük rus yazıçısı Aleksandr Soljenitsın çox gözəl təsvir edəcəkdi... 

Bir daha deyirəm, yaddaşım aldatmırsa, müəllif sonluğu, yəni hekayənin finalını açıq saxlamışdı.

Ən əsası bu idi ki, hər iki əsərdə, xüsusən də hekayədə problem ondan ibarət idi ki, insan özünü AZAD hiss etmir.

Yenə hekayədən misal çəkəcəm. Adamın Tanrı sarıdan bəxti gətirib, istedadlı fizikdir, evi-ailəsi, onu nəinki sevən, hətta pərəstiş edən, hələ bunu o qədər başa düşməsə də atasını dahi hesab edən övladı və xüsusən də işi-məşğuliyyəti vardı. 

Amma AZAD deyildi və bunun əzabını yaşayırdı. Ona görə də mənlik olsaydı, birinci əsərin adını ikinciyə - hekayəyə qoyardım, çünki quşların həqiqətən də əgər qanadları da yoxdursa, daha nələri var axı?..

Bilirsinizmi, nəyə bənzəyir bunlar? Həzrət Əli deyirdi ki, ey insan, Allahın sənə ağıl da verməyibsə, daha nə veribdir? Yəni ağlın yoxdursa, başqa şeylər sənin nəyinə lazım?..

AZADLIQ da belədir. Azad deyilsənsə, başqa şeylər nəyinə lazımdır? Qul xoşbəxt olurrmu? İstəyir, lap Yusif peyğəmbər olsun, ağası da onu lap övladı kimi sevsin, amma yenə də quldur axı! 

Gecələr yatanda belə yuxusuna tamam başqa şeylər girəcək. Bəli, nə varlı-karlı misirli hamisi, nə ona vurulan gözəl Züleyxa yox, qoca atası və ağlar qalmış anası, uzaq, qumlu İsrail səhraları və hətta onu quyuya atan paxıl qardaşları gələcək yuxularına...        

Odur ki, təkrar deyirəm: quşun qanadı da yoxsa, daha nəyi var? Axı qanadsız quş daha quş da deyil, yaxşı halda, sahibi üçün yumurtlayan və bir gün də başı kəsilib, qızardılıb stola-süfrəyə qoyulan acız bir toyuqdu, hansının ki, qanadları həm var, həm də yoxdur. 

Formal baxımdan guya var, əslindəsə yoxdur, yaxud da var, fəqət, uçmaq üçün yox, görüntü üçündür: axı bu qəliz dünyada çox şeylər, elə dünyanın az qala, özü də sadəcə, görüntüdür.

Sovetin vaxtında rusların çastuşkası vardı: "Toyuq quş deyil, Monqolustan da xaric!". Ən gülməlisisə, bilirsiniz, nədir? Toyuqların da "iddia”ya düşdüyü, necə deyər, sarsaqladığı vaxtlar olur. Bir də gördün, dama qonub banlayırlar! Belə olanda uşaqlıqda rəhmətlik nənəm deyərdi ki, a bala, tut, kəs onu: bəli, biçarə toyuğun hindən stola – süfrəyədək çəkən "uzun, şərəfli, namuslu və mənalı ömrü” beləcə bitərdi...

Hüseynbala Səlimov

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:164
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 29 Sentyabr 2025 10:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see335

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see297

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see288

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see287

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see279

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see273

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see269

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see259

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see248

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see238

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see236

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see231

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see227

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see214

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see211

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see210

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see202

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see200

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see189

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri