Icma.az
close
up
RU
Qusma, ishal, qarın ağrısı, hərarət... Virus bütün ailə üzvlərinə keçə bilər

Qusma, ishal, qarın ağrısı, hərarət... Virus bütün ailə üzvlərinə keçə bilər

Icma.az, Turkstan.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Son günlərdə Norovirus epidemiyası başda ABŞ olmaqla bütün dünyanı təsiri altına alıb.

Turkustan.az bu barədə xarici mediaya istinadla xəbər verir.

Belə ki, infeksiyaya Türkiyədə də yoluxma hallarının aşkar edildiyi bildirilib.

Bəs, bu infeksiya nədir? Necə yoluxur? Ondan qorunmaq üçün nəyə diqqət etmək lazımdır?

Mövzu ilə bağlı Bakıvaxtı.az açıqlama verən terapevt Sübhan Hacıyev bildirib ki, norovirus insanlarda qastroenterik deyilən mədə-bağırsaq infeksiyalarına səbəb olan çox yoluxucu virus infeksiyasıdır.

S.Hacıyev qeyd edib ki, bu virus mədə-bağırsaq traktına nüfuz edərək qusma, ishal, qarın ağrısı, hərarət, başağrısı kimi simptomlarla özünü büruzə verir.

Sübhan Hacıyev: Bu infeksiya çox yoluxucudur

İnkubasiya dövrünün 12 saatdan 48 saata qədər, simptomlar isə 1 gündən 3 günə qədər davam etdiyini nəzərə çatdıran terapevtin sözlərinə görə, ağırlaşmış hallarda bu müddət daha uzun ola bilir:

”Norovirus çox yoluxucudur və əsasən yoluxucu şəxsin ifrazatı ilə təmas zamanı, çirklənmiş qida və su qəbulu nəticəsində, yoluxmuş səthlərlə təmas olunduqdan sonra əlləri ağıza, burun içinə, gözün sklerasına vurmaqla yoluxmaq mümkündür. Eyni zamanda xəstələnmiş və “norovirus”a yoluxan şəxslərlə sıx təmas zamanı evin bütün üzvlərinə bu virus keçə bilər”.

Həkim diqqətə çatdırıb ki, bu infeksiya ağırlaşaraq su-duz mübadiləsini, elektrolit mübadiləsini pozur və nəticədə insanlarda ciddi halsızlıq, yorğunluq, apatiyalar əmələ gəlir. Həmçinin bildirib ki, çoxlu su itirildiyinə görə qanın qatılaşması və halsızlıqlar göz önündə olur.

Müsahibimiz simptomların 3 gündən çox şiddətli şəkildə davam etdiyi zaman pasiyentlərin stasionar şəraitdə müalicəsinin lazım olduğunu vurğulayıb:

“Lakin bir çox virus infeksiyalarında olduğu kimi norovirusun da spesifik bir müalicə metodu və ona təsir edə biləcək xüsusi bir dərman yoxdur. Burada əsas məqsəd simptomları yüngülləşdirmək və orqanizmi elektrolit balansının pozulmasından, su-duz mübadiləsinin pozulmasından qorumaq üçün mayeni vena daxili çox verməkdən ibarətdir. Bundan başqa digər infeksiyaların olmasının qarşısının alınması üçün də profilaktik tədbirlər görülür”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:119
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 24 Fevral 2025 16:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see262

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see207

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see184

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see180

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see157

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see150

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see147

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see147

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see145

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see143

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see142

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see137

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see137

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see136

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see136

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see134

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see131

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri