Icma.az
close
up
RU
Quşun pəncərəyə çırpılması Xalq əlamətlərinə görə bu nə deməkdir?

Quşun pəncərəyə çırpılması Xalq əlamətlərinə görə bu nə deməkdir?

Lent az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Xalq arasında qədimdən inanılırdı ki, quşlar öz davranışları ilə insanlara müəyyən işarələr göndərir və həyatda baş verəcək dəyişikliklər haqqında xəbərdarlıq edirlər. Hər şey pəncərəyə gələn quşun növündən və davranışından asılıdır. Əgər quş pəncərəyə toxunursa, bu, ciddi dəyişikliklərin olacağına işarə sayılırdı.

Lent.az-ın məlumatına görə, hansı dəyişikliklərin baş verəcəyi isə quşun növünə görə izah edilirdi.

Xalq inanclarına görə:

Pəncərə kənarına qonan qaranquş – ev sahibinə uğur və xoş dəyişikliklər gətirir.

Göyərçinin pəncərəyə toxunması haqqında inanclar müxtəlifdir. Bəziləri bunu evliliyə və ya hamiləliyə yozur, bəziləri isə bunu dünyadan köçmüş yaxınların insanı qorumasının işarəsi kimi qəbul edir. Hər halda, göyərçin ümid və xoş xəbər rəmzi sayılır.

Qaranquşlardan fərqli olaraq, qarğanın pəncərəyə toxunması həmişə pis əlamət kimi qəbul olunub. Slavyanlarda qarğa o dünyanın elçisi hesab edilirdi.

Sarıköynəyin pəncərəyə vurması barədə iki fərqli inanc var. Qədimdə onu xoşbəxtlik quşu adlandırır, sevgi, ailə artımı və bolluq gətirdiyinə inanırdılar. Digər inanca görə isə sarıköynək ölüm quşudur və dünyadan köçən birinin ruhunu təmsil edir.

Pəncərəyə toxunan sərçə – maliyyə çətinlikləri barədə xəbərdarlıq kimi qəbul olunurdu.

Quşun davranışının mənası

Quş həyəcanlıdırsa, diqqətli olmaq lazımdır.

Quş pəncərəyə maraqla baxırsa, qorxulu heç nə gözlənilmir.

Quş evə daxil olub oturursa, bu, qonaq gələcəyinə və ya ailənin artacağına işarədir.

Quş sadəcə toxunub uçub gedibsə, qorxuya ehtiyac yoxdur.

Quş pəncərəyə bərk dəyib yaralanıbsa, bu, pis əlamət sayılır.

Subay qız pəncərəyə quşun toxunduğunu görsə, bu, tezliklə evliliyə yozulurdu.

Quş maşının şüşəsinə dəyibsə, yolda ehtiyatlı olmaq tövsiyə edilirdi.

Quş ısrarla və davamlı şəkildə pəncərəyə toxunursa, bu, təhlükəyə xəbərdarlıq kimi izah olunurdu.

Nəticəni yüngülləşdirmək üçün nə etmək lazımdır?

Pəncərə çirklənibsə və ya quş onu zədələyibsə, təmizləmək və ya dəyişdirmək məsləhətdir.

Yaralanan quşu müalicə etmək və ya baytara aparmaq tövsiyə olunur.

Ölmüş quşu evdən uzaqda basdırmaq lazımdır.

Pəncərəyə toxunan quşları yemləmək yaxşı hesab edilirdi.

Şübhəli işlərdən, borc götürməkdən çəkinmək məsləhətdir.

Ən əsası isə pis əlamətə inanmaq lazım deyil. Çünki quşlar çox vaxt pəncərədəki öz əkslərini görüb ona tərəf uçurlar.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:175
embedMənbə:https://lent.az
archiveBu xəbər 17 Noyabr 2025 14:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see296

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see274

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see271

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see258

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see250

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see248

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see239

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see239

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see236

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see221

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see220

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see215

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see213

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see212

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see211

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see206

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see203

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see202

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see199

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri