Qütb ayıları tərk edilmiş Rusiyanın Arktika stansiyasını ələ keçiriblər...
Sia Az saytına istinadən Icma.az xəbər verir.
Çukçi dənizindəki Kolyuçin adasında qütb ayıları keçmiş qütb stansiyasının binalarında məskunlaşıblar. Tədqiqatçılar onu 30 ildən çox əvvəl tərk ediblər.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Reuters yazır.
Səyahət-blogger Vadim Maxorov dron vasitəsilə bu qeyri-adi mənzərəni çəkib.
Kadrlarda ayıların sərbəst şəkildə binalar arasında dolaşdığı, pəncərə və qapılardan bayıra baxdığı, hətta birinin təyyarəni dişləməyə cəhd etdiyi görünür.
Maxorovun sözlərinə görə, heyvanlar binalardan külək və yağışdan sığınacaq kimi istifadə edir və orada özlərini kifayət qədər rahat hiss edirlər.
Bu gün stansiya və ona bitişik kənd tamamilə tərk edilib və onların yeni “sakinləri” Arktikanın simvolları – qütb ayılarıdır.
Əli Babayev
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:93
Bu xəbər 29 Sentyabr 2025 17:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















