Quterreş ABŞ ı hədəf aldı: İrana zərbələr qəbuledilməzdir
Modern.az saytından alınan məlumata görə, Icma.az bildirir.
BMT-nin Baş katibi Antonio Quterreş ABŞ və İran arasında artan gərginlik fonunda İrandakı mülki obyektlərə edilən hücumları pisləyib.
Modern.az xəbər verir ki, bu barədə BMT-nin rəsmi nümayəndəsi Farhan Hak məlumat verib.
Onun sözlərinə görə, Antonio Quterreş regionda vəziyyətin daha da gərginləşməsindən ciddi narahatdır və mülki infrastruktura qarşı hücumları qəbuledilməz hesab edir.
"Baş katib İranda və regionun digər ölkələrində yerləşən mülki obyektlərə edilən hücumlardan xüsusi narahatlıq keçirir. Mülki infrastruktura zərbələr yolverilməzdir", - deyə Farhan Hak bildirib.
Qeyd olunur ki, BMT rəhbərinin açıqlaması Tehranın ABŞ-ı ölkənin nəqliyyat və digər mülki infrastrukturuna ziyan vurmaqda ittiham etməsindən sonra səsləndirilib.
Quterreş tərəfləri təmkinli davranmağa çağıraraq regionda yeni eskalasiyanın qarşısının alınmasının vacibliyini vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:112
Bu xəbər 18 İyul 2026 12:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















