Quterreş: Afrika ölkələri tezliklə BMT TŞnin daimi üzvü olacaqlar
Icma.az, Bakivaxti portalına istinadən məlumat verir.
Afrika ölkələri tezliklə BMT Təhlükəsizlik Şurasına (TŞ) daimi üzv kimi daxil olacaqlar.
Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki, bu barədə BMT-nin Baş katibi Antoniu Quterreş bildirib.
“Afrika ölkələrinin BMT Təhlükəsizlik Şurasına daxil olmasının qarşısındakı ən ciddi maneələr aradan qaldırılıb. Artıq Afrikanın iki ölkəsinin Təhlükəsizlik Şurasının daimi üzvü olacağı barədə konsensus əldə edilib. BMT Baş Katibi olaraq Afrika ölkələrini Təhlükəsizlik Şurasının daimi üzvləri olaraq görmədən mandatımı bitirməyəcəyimə əminəm”, - o deyib.
Quterreş əlavə edib ki, qlobal Cənubun BMT-nin işinə təsiri indi həlledicidir.
“Qlobal Cənub ölkələri dünya birliyinin əksəriyyətini təmsil edir. Onlar BMT-nin işinə ən həlledici təsiri göstərirlər”, - BMT Baş katibi bildirib.
Qeyd edək ki, Quterreş Afrikanın cənubundakı ölkələrə səfər edib. O, dekabrın 11-də Lesotoda təntənəli mərasimlərdə iştirak edəcək.
Baxış sayı:57
Bu xəbər 11 Dekabr 2024 20:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















