Quterreş gedir, BMT Baş Katibi vəzifəsinə yeni iddialı çıxdı Qrossi namizədəm dedi
Icma.az, Mia.az portalına istinadən məlumatı açıqlayır.
Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) direktoru Rafael Mariano Qrossi BMT Baş Katibi vəzifəsinə iddiasını açıqlayıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə onun özü jurnalistlərə açıqlama verib.
Rafael Mariano Qrossi suala cavabda bildirib ki, 2026-cı ilin sonunda keçiriləcək BMT Baş Katibi vəzifəsinə seçilmək üçün çalışacaq: "Bəli, Baş Katib vəzifəsinə namizəd olacağam. Bu sirr deyil. Namizədliyim isə hazırkı vəzifəmin icasına problem yaratmayacaq".
O, daha sonra hazırkı işinin Baş katib vəzifəsini də "çox yaxşı idarə edəcəyini sübut etdiyi"ni deyib.
Xatırladaq ki, BMT Baş Katibi vəzifəsində iki müddət çalışmış Quterreşin səlahiyyət müddəti 2026-cı ilin sonunda bitir. O, bu posta 3-cü dəfə seçilə bilməz.
Samir MUSAYEV
MİA.AZ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:81
Bu xəbər 30 Oktyabr 2025 09:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















