Quterreş: Hamımız Fələstinə görə məsuliyyət daşıyırıq!
Icma.az, Turkstan.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
BMT-nin Baş katibi Antonio Quterreş BMT Baş Assambleyasında çıxışı zamanı Qəzzada yaşanan humanitar fəlakətə diqqət çəkib və beynəlxalq ictimaiyyəti təcili hərəkətə keçməyə çağırıb.
Turkustan.az xəbər verir ki, Quterreş çıxışında vurğulayıb ki, Fələstin məsələsi yalnız bir bölgənin problemi deyil, bütün dünyanın məsuliyyətidir:
“Fələstin üçün məsuliyyət hamımızın çiynindədir. Bu məsələ ideoloji müzakirə yox, ümumi vicdan məsələsidir.”
Baş katib, dünyada artan zorakılıq və müharibələrin qarşısında beynəlxalq hüquqa sadiqliyin vacibliyini qeyd edib:
“Müharibənin nə qədər vəhşi hala gəldiyini görürük. Buna imkan verməməliyik. Ortaq və qəti mövqe nümayiş etdirməliyik. Beynəlxalq hüquqa hörmət və birlik içində sülhə doğru addımlamalıyıq.”
Quterreş həmçinin BMT-nin öz əsas prinsiplərinin təhlükə altında olduğunu bildirib:
“BMT prinsipləri mühasirədədir. Sülhün təməlləri cəzasızlıq və bərabərsizliyin ağırlığı altında çökür. Biz amansız insan əzabları dövrünə qədəm qoymuşuq. Dünya bu vəziyyətə laqeyd qala bilməz.”
Aytən Yaşar/ Turkustan.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:106
Bu xəbər 23 Sentyabr 2025 18:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















