Quterreş HƏMAS və İsrail arasında atəşkəs razılaşmasını alqışlayıb
Bizimyol saytına istinadən Icma.az xəbər verir.
Bizimyol.info xəbər verir ki, Quterreş sözçüsü tərəfindən verilən yazılı açıqlamada: “Prezident Donald Trampın təqdim etdiyi təklif əsasında Qəzzada atəşkəs və girovların azad edilməsi üçün əldə edilən razılaşmanın elan edilməsini alqışlayıram”, - deylir.
Quterreş həmçinin ABŞ, Qətər, Misir və Türkiyənin diplomatik səylərini təqdir etdiyini vurğulayaraq, bütün iştirak edənləri sazişin şərtlərinə tam əməl etməyə çağırıb.
Bütün girovların azad edilməsi, daimi atəşkəs və Qəzzaya humanitar yardımların dərhal daxil olmasının vacibliyini vurğulayan Quterreş: "İşgəncəyə son qoyulmalıdır", - deyib.
“Mən bütün maraqlı tərəfləri işğala son qoymaq, Fələstin xalqının öz müqəddəratını təyinetmə hüququnu tanımaq və israillilərə, eləcə də fələstinlilərə sülh, təhlükəsizlik şəraitində yaşamağa imkan verəcək iki dövlətli həllə nail olmaq üçün etibarlı siyasi yol yaratmaq üçün bu mühüm fürsətdən istifadə etməyə çağırıram”, - deyə Quterreş bildirib.
Qadir, Bizimyol.info
Baxış sayı:145
Bu xəbər 09 Oktyabr 2025 11:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















