Quterreş husiləri saxlanılan BMT əməkdaşlarını dərhal azad etməyə çağırıb
Demokrat.az saytına istinadən Icma.az xəbər verir.
18 dekabr husilərin de-fakto hakimiyyət orqanları tərəfindən daha 10 BMT əməkdaşı əsassız şəkildə saxlanılıb.
"Report"un ABŞ bürosu xəbər verir ki, bununla da husilər tərəfindən saxlanılan BMT əməkdaşlarının ümumi sayı 69-a çatıb.
BMT-nin Baş katibi Antoniu Quterreş husilər tərəfindən BMT əməkdaşlarının əsassız saxlanılmasını qətiyyətlə pisləyib.
Baş katib bildirib ki, bu cür saxlanılmalar husilərin nəzarətində olan ərazilərdə BMT-nin humanitar yardım fəaliyyətini faktiki olaraq mümkünsüz edir. Nəticədə yardıma ehtiyacı olan milyonlarla insanın həyati əhəmiyyət daşıyan humanitar yardıma çıxışı məhdudlaşır.
Baş katib husiləri BMT-nin, qeyri-hökumət və vətəndaş cəmiyyəti təşkilatlarının, habelə diplomatik missiyaların bütün əsassız saxlanılan əməkdaşlarını dərhal və qeyd-şərtsiz azad etməyə çağırıb. Eyni zamanda, BMT əməkdaşlarının cinayət təqibinə cəlb olunması ilə bağlı qərarların ləğv edilməsi tələb olunub.
Bəyanatda beynəlxalq hüquqa, o cümlədən BMT-nin və onun əməkdaşlarının imtiyaz və toxunulmazlıqlarına hörmət edilməsinin vacibliyi vurğulanıb. Bildirilib ki, bu prinsiplər humanitar fəaliyyətin təhlükəsiz və prinsipial şəraitdə həyata keçirilməsi üçün mühüm əhəmiyyət daşıyır.
Qeyd edilib ki, BMT Baş katibi və təşkilat üzv dövlətlərlə, Təhlükəsizlik Şurası ilə əməkdaşlıq, eləcə də husilərlə birbaşa təmaslar vasitəsilə saxlanılan bütün BMT əməkdaşlarının azadlığa buraxılması istiqamətində səylərini davam etdirəcək. Baş katib həmçinin Yəməndə zərərçəkmiş ailələr və icmalarla həmrəy olduğunu bildirib.
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.

Bu mövzuda digər xəbərlər:Antonio Quterreş Yəməndə girov saxlanılan BMT əməkdaşlarını sərbəst buraxmağı tələb edib
01 Sentyabr 2025 11:59
Quterreş ABŞ və Venesuelanı BMT Xartiyasına əməl etməyə çağırıb
17 Dekabr 2025 23:29
ABŞ Husiləri diplomatik işçiləri azad etməyə çağırıb
11 Dekabr 2025 12:57
USAİD dünya üzrə bütün əməkdaşlarını geri çağırıb
24 Fevral 2025 13:53
Quterreş HƏMAS ı razılaşmadan geri çəkilməməyə və girovları azad etməyə çağırıb
11 Fevral 2025 15:23
Baxış sayı:85
Bu xəbər 19 Dekabr 2025 21:45 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları