Icma.az
close
up
RU
Quterreş: İnkişaf etməkdə olan ölkələr Bakını boş əllə tərk etməməlidirlər

Quterreş: İnkişaf etməkdə olan ölkələr Bakını boş əllə tərk etməməlidirlər

Cebheinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Dünya qlobal temperatur artımını 1,5 dərəcə Selsi səviyyəsinə qədər məhdudlaşdırmaq üçün geri sayım mərhələsindədir və heç bir ölkə bunun nəticələrindən qaça bilməz.

Buna görə də COP29-da bu mübarizəni dəstəkləyən ədalətli, səmərəli karbon bazarları, yerli icmaların hüquqlarına hörmət edən və "yaşıl yuyulma" və ya torpaq zəbtinə yer qoymayan bazarlar üçün qaydalar razılaşdırılmalıdır.

"Cebheinfo.az" xəbər verir ki, bunu BMT-nin Baş katibi Antonio Quterreş BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Liderlər Sammitinin açılışında bildirib.

"İqtisadi zərurət hər yeni bərpa olunan enerji mənbələrinin tətbiqi, hər innovasiya və hər qiymət azalması ilə daha aydın və inandırıcı olur. Keçən il ilk dəfə olaraq elektrik şəbəkələrinə və bərpa olunan enerji mənbələrinə investisiyaların həcmi qalıq yanacağa çəkilən xərcləri üstələyib. Demək olar ki, hər yerdə günəş və külək enerjisi yeni və ən ucuz elektrik enerjisi mənbələrinə çevrilir", - Quterreş deyib.

Onun sözlərinə görə, təmiz enerji inqilabı artıq buradadır və heç kim bunu dayandıra bilməz. "Lakin siz qlobal temperatur artımını 1,5 dərəcə Selsiyə qədər məhdudlaşdırmaq üçün bunun ədalətli və kifayət qədər sürətli olmasını təmin edə bilərsiniz və etməlisiniz", - Baş katib vurğulayıb.

O hamını üç prioritetə diqqət yetirməyə çağırıb. Birincisi, qlobal temperatur artımını məhdudlaşdırmaq üçün emissiyalar təcili surətdə azaldılmalıdır ki, bunun üçün də emissiyaların hər il 9 faiz azaldılması vacibdir. 2030-cu ilə qədər emissiyalar 2019-cu ildəki səviyyə ilə müqayisədə 43 faiz azalmalıdır. Bu o deməkdir ki, onlar bütün emissiyaları və iqtisadiyyatı əhatə etməli, bərpa olunan enerji mənbələrinin gücünün üçqat, enerji səmərəliliyinin ikiqat artırılması və meşələrin qırılmasının dayandırılması üzrə qlobal hədəfləri təşviq etməlidir.

Eyni zamanda, qlobal qalıq yanacaq istehsalı və istehlakını 30 faiz azaltmalı, zəruri investisiyaları cəlb etmək üçün milli enerji keçidi strategiyalarını və dayanıqlı inkişaf prioritetlərini iqlim fəaliyyətləri ilə uzlaşdırmalıdırlar.

"Bütün ölkələr öz töhfəsini verməlidir. Lakin G20 liderlik etməlidir. Onlar ən böyük emitentlərdir və ən böyük imkanlara, eləcə də məsuliyyətə malikdirlər və inkişaf etmiş ölkələrin dəstəyi ilə inkişaf etməkdə olan iqtisadiyyatlara texnoloji nou-haularını birləşdirməlidirlər", - A.Quterreş bildirib.

BMT-nin Baş katibi onu da deyib ki, insanları iqlim böhranının dağıdıcı nəticələrindən qorumaq üçün daha çox iş görmək lazımdır: "Ən həssas olanlar iqlim ekstremal hadisələri qarşısında tərk edilmiş vəziyyətdə qalırlar. 2030-cu ilə qədər uyğunlaşma ehtiyacları və maliyyələşdirmə arasındakı fərq ildə 359 milyard dollara çata bilər. Bu çatışmayan dollarlar balansda mücərrəd rəqəmlər deyil - bu, ümidsiz həyatlar, itirilmiş məhsullar və buraxılan inkişafdır".

Onun sözlərinə görə, indi maliyyələşdirmə vədlərini yerinə yetirmək həmişəkindən daha vacibdir. İnkişaf etmiş ölkələr 2025-ci ilə qədər uyğunlaşma maliyyələşdirməsini ildə ən azı 40 milyard dollara qədər ikiqat artırmağa çatmalıdırlar.

A.Quterreş qeyd edib ki, öhdəliklərin real pula çevrilməsi zərurətini nəzərə alaraq, üçüncü prioritet maliyyələşdirmədir: "COP29 iqlim maliyyəsi yolundakı divarları dağıtmalıdır. İnkişaf etməkdə olan ölkələr Bakını boş əllə tərk etməməlidirlər. Razılaşma zəruridir. Bizə müvafiq ana uyğun yeni maliyyə hədəfi lazımdır. İqlim maliyyələşdirməsi lazımdır, əks halda bəşəriyyət bunun əvəzini ödəyəcək".

“İqlim maliyyəsi xeyriyyəçilik deyil, bu bir investisiyadır, iqlim fəaliyyətləri seçim deyil, imperativdir”, - BMT-nin Baş katibi çıxışını yekunlaşdırıb.

"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:113
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 12 Noyabr 2024 12:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see263

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see259

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see253

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see240

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see233

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see231

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see219

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see215

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see211

Tehrana qarşı ehtimal olunan hərbi əməliyyatlar, Azərbaycanı risk zonasına çevirir

29 Yanvar 2026 16:53see208

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see191

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see186

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see180

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see180

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see179

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see160

MƏRKƏZİ BANKDA İKİ YENİ TƏYİNAT: direktor müşavir oldu, yerinə isə...

29 Yanvar 2026 17:53see159

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see154

Fermada keçən uşaqlıq: Cəlilabadda dörd qardaş məktəb üzü görmür

30 Yanvar 2026 00:41see143

Məhəmmədəliyev: “Heyətdə 11 azərbaycanlının olması üçün uşaq futboluna investisiya qoymalıyıq”

30 Yanvar 2026 02:58see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri