Quterreş İranı və ABŞ ni danışıqları təcili olaraq bərpa etməyə çağırıb
Yeniazerbaycan saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Körfəzdə ciddi eskalasiya və yenidən başlayan hərbi qarşıdurmalar, o cümlədən İranın Hörmüz boğazında gəmilərə hücumları, ABŞ-nin İrana hücumları və İranın qonşu ölkələrdəki hədəflərə hücumları məni dərindən narahat edir.
AZƏRTAC xəbər verir ki, bu sözləri BMT-nin Baş katibi Antonio Quterreş deyib. O bildirib ki, hücumların hamısı dayandırılmalıdır.
Onun sözlərinə görə, tammiqyaslı hərbi əməliyyatların yenidən başlanması region xalqları, beynəlxalq sülh və təhlükəsizlik, eləcə də qlobal iqtisadiyyat üçün fəlakətli nəticələrə gətirib çıxara bilər.
Quterreş İranı və ABŞ-ni danışıqları təcili şəkildə bərpa etməyə, mövcud fikir ayrılıqlarını isə diplomatik yollarla həll etməyə çağırıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:182
Bu xəbər 12 İyul 2026 23:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















