Icma.az
close
up
RU
Quzu ətinin qiyməti 50 100 manata qalxacaq

Quzu ətinin qiyməti 50 100 manata qalxacaq

Redaktor.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev açıqlamasında bildirib ki, heyvanların kəsilməsi üçün yaş həddinin müəyyən edilməsi, qadağaların qoyulması, cərimələrin tətbiqi yaxşı olardı.

Mövzu ilə bağlı Redaktor.az-a danışan Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirdi ki,  Azərbaycanda son iki ayda heyvanların kəsilməsi məsələsi ilə bağlı təbliğatlar gedir.

"Bəzi mənbələrdə quzuların kəsilməməsi və quzu ətinin pis olduğu barədə çağırışlar edilir. Bu barədə dövlət orqanlarından eşitdikdə, 1982-ci ili xatırladım. 1982-ci ildə SSRİ dövründə siyasi büro  - Moskva qərar qəbul etmişdi ki, toylarda heyvan kəsilməsin, ümumiyyətlə ət kəsilməsin. Əhali kolbasa ilə toylarda iştirak edirdi. Sovet İttifaqı ərzaq proqramı həyata keçirirdi. Effektiv kənd təsərrüfatı siyasəti aparmaq əvəzinə, istehlakçıların seçim hüququ məhdudlaşdırılırdı. Bir çox məsələlər istehlakçıdan asılıdır. Bazarda baş verən müsbət və mənfi nəticələr istehlakçının seçimlərinə əsaslanır. İstehlakçıların israfçılığının qarşısını almaq əsas məsələlərdən biridir. Mütəxəssislər bəzən hökumətin çağırışına cavab olaraq deyirlər ki, quzu əti pisdir.

Düşünürəm ki, dədə-babadan və tarixdən bizə miras qalan, milli adət-ənənələrə daxil olmuş quzu əti ən üstün ətdir düşüncəsindən uzaq olmaq, kənd təsərrüfatını inkişaf etdirmək siyasəti ilə uyğun gəlmir. Gözləyirdim ki, azad olmuş torpaqlarda hökumət böyük kənd təsərrüfatları yaradacaq. Daim proqnoz verirdim ki, yaxın 5 ildə Azərbaycan özünü ətlə tam təmin edəcək. Ancaq çağırışlar edilir ki, quzu əti yeməməli və hətta zərərli olduğu barədə məlumatlar yayılır. Hamımıza məlumdur ki, heyvanları böyütmək üçün mütləq onlara baytarlıq dərmanları vurulur. Ən uca dağ kəndlərində belə, mala və qoyuna heyvan dərmanları vurulmasa, onlar  qırılacaqlar".

Müsahibimiz qeyd etdi ki, quzu antibiotik və digər dərmanlar qəbul etməmiş bir canlıdır.

"Əlbəttə, quzunun “yazıqlığı”, baxışı ayrıdır. Quzu, baytarlıq dərmanlarından kənarda qalmış daha yaxşı ətə malik yeməli heyvandır. Quzu yeməmək, qocalmış heyvan ətinin daha yaxşı olması təbliğ edilir. Hətta Qida Təhlükəsizliyi Agentliyinin idarə rəisi mənimlə mübahisə edərək bildirib ki, o, kənddə ən yaşlanmış xoruzu seçib, ətini yeyir. Belə çıxır ki, arabaya qoşulmuş öküz ətləri ən baha qiymətə olmalıdır. Hindistandan yaşlanmış heyvan əti Azərbaycana daha ucuz göndərilir. Vaxtilə öküzləri, yaşlanmış heyvanları ümumiyyətlə kəsməzdilər. Kənd təsərrüfatı siyasətinə bu cür primitiv yanaşma doğru deyil. İstehlakçının seçim hüququ var. İstehlakçı istəsə, pul verib alar, istəməsə almaz. Bazarda hər cür ət olmalıdır. Kim ki, qocalmış xoruz, toyuq, öküz əti yemək istəyir, buyurub, bazardan alıb yesinlər.

Kənd təsərrüfatı siyasətini bu cür formalaşdırmaq doğru deyil. İstehlakçıları israfçılıqdan uzaqlaşdırmaq siyasəti aparılmalıdır. Təəssüf ki, ölkədə istehlakçı siyasəti bərbad vəziyyətdədir. Azad İstehlakçılar Birliyi ilə dövlət səmərəli əməkdaşlıq qurmur.

Əgər belə bir siyasət aparılarsa, quzu kəsiminə və ya digər kəsimlərə qadağalar qoyularsa, quzular yenə kəsiləcək. Quzu ətinin qiyməti isə 50-100 manata qalxacaqdır. Bu, çox səhv bir yanaşmadır. Fərqli fəaliyyət göstərmək lazımdır. Kim istəyirsə, qocalmış ətləri yesin, buyurun yesinlər. Bu səhv siyasətdir. 1982-ci ilin sovet siyasətini xatırladır", - deyə E.Hüseynov bildirdi.

Aytəkin TOFİQQIZI

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:78
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 17 Mart 2025 21:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see236

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see209

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see205

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see205

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see191

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see174

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see162

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see158

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see152

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see152

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see147

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see146

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see146

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see144

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see141

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see139

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see139

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see139

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see138

Uşaq İncəsənət Festivalında mükafatlandırma

28 Dekabr 2025 04:13see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri