Quzuların erkən yaşda kəsilməsi təbii artımın qarşısını alır Deputat (VİDEO)
Unikal.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Milli Məclisin deputatı Aydın Hüseynov Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən həyata keçirilən “Erkən kəsimə son” adlı maarifləndirici kampaniyasını dəstəkləyir.
"Unikal" xəbər verir ki, millət vəkilinin sözlərinə görə, bu kampaniya həm ərzaq, həm də qida təhlükəsizliyi baxımından xüsusi əhəmiyyət daşıyır.
Deputat qeyd edib ki, 6 ayı tamam olmamış quzuların kəsilməsi bir sıra problemlərin yaranmasına səbəb olur. Kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən şəxslər bu məsələyə daha həssas və məsuliyyətli yanaşmalıdırlar.
“Quzuların erkən yaşda kəsilməsi fermerlərə qısa müddətdə müəyyən gəlir gətirsə də, uzunmüddətli perspektivdə onların fəaliyyət imkanlarını məhdudlaşdırır. Xüsusilə dişi quzuların kəsilməsi təbii artımın qarşısını alır və heyvandarlığın inkişafına mənfi təsir göstərir”, - deyə deputat bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:191
Bu xəbər 19 Mart 2026 15:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















