Qvardiola: “Bu mövsüm 26 və ya 27 oyunçuya güvənə bilmərik, bəziləri gedəcək”
Icma.az, sport24.az portalına istinadən məlumat yayır.
"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola yeni mövsüm başlamazdan əvvəl heyətə əl gədirəcəyini bildirib. Sport24.az xəbər verir ki, o, bununla bağlı ESPN-ə açıqlama verib:
"İndi əlimizdə olan oyunçuları komandada saxlamaqdan məmnun olardım. Futbolçulardan, onların davranışlarından şikayətim yoxdur. Ehtiyatda altı və ya yeddi oyunçuya ehtiyacım yoxdur.
Problem ondadır ki, mövsüm ərzində kədərlənəcəklər, məyus olacaqlar. Mən bunu istəmirəm.
Bizim indi çox böyük heyətimiz var, ona görə də bu mövsüm 26 və ya 27 oyunçuya güvənə bilmərik, bəziləri gedəcək".
Qeyd edək ki, Qvardiola ötən mövsümün sonunda şişirdilmiş heyətlə işləmək məcburiyyətində qalacağı təqdirdə komandadan ayrılacağını bildirmişdi.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:90
Bu xəbər 22 İyun 2025 10:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















