Icma.az
close
up
RU
Qvardiola doktorluq dərəcəsi aldı və Qəzzada yaşanan insanlıq faciəsindən danışdı

Qvardiola doktorluq dərəcəsi aldı və Qəzzada yaşanan insanlıq faciəsindən danışdı

Icma.az, Footbal-plus portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Uzun illərdi, ''Mançester Siti''nin başında olan Xosep Qvardiolaya Mançester Universitetində fəxri doktorluq dərəcəsi verilib.

"Football-plus.az" xəbər verir ki, ünlü mütəxəssis futboldankənar fəaliyyəti, Mançester şəhərinin inkişafına verdiyi töhfə, eləcə də ''Guardiola Sala'' ailə fondunun gördüyü işlərlə bağlı bu ada layiq görülüb. 1824-cü ildə yaradılan Mançester Universiteti Britaniyanın ən nüfuzlu universitetlərindən biri sayılır.
Qvardiola kürsüyə çıxaraq Mançester şəhərinin onun üçün böyük məna kəsb etdiyini, buranın özü və ailəsi üçün ikinci evinə çevrildiyini bildirərək bu fəxri ada layiq görülməsinin onun üçün böyük qürur mənbəyi olduğunu əlavə etdi. Amma Qvardiolanın ən çox Fələstinə dəstək verərək Qəzzanın bombalanmasını gündəmə gətirməsi diqqət çəkdi:

''Qəzzada yaşananları izləmək çox üzücüdü. Dörd yaşındaki qız və oğlanların bombalarla öldürüldüyünü, eləcə də xəstəxanalarda həyatlarını itirdiyini görürük. Burda söhbət artıq ideologiyadan və ya kimin haqlı, kimin haqsız olmasından getmir. Burda söhbət artıq bir həyat sevgisindən gedir. Orda yaşananlar bütün insanlığı maraqlandırmalıdı. Bəziləri düşünə bilər ki, bu, bizim işimiz deyil və ya orda yaşananların bizə aidiyyatı yoxdu. Amma diqqətli olmalıyıq. Çünki sonrakı 4-5 yaşında uşaqlar bizim övladlarımız ola bilər. Qəzzada uşaqların başına gələn qorxunc hadisələri gördükdən sonra hər səhər oyandıqda ilk növbədə öz uşaqlarımı görməyə çalışıram''.

Qeyd edək ki, 2023-cü ildə Xosep Qvardiolanın qızı Maria da Fələstinə dəstək paylaşımı etməsi ilə gündəmə gəlmişdi.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:185
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 11 İyun 2025 10:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see661

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see514

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see514

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see330

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see319

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see312

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see311

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see307

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see300

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see292

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see267

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see266

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see263

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see259

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see258

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see258

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see255

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see253

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see253

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see229
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri