Qvardiola: Heç vaxt oyun üslubumuzla bağlı inancıma xəyanət etməyəcəyəm
Sherg.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
İngiltərənin "Mançester Siti" klubunun ispaniyalı baş məşqçisi Pep Qvardiola komandasının oyun tərzi ilə bağlı danışıb.
Teleqraf xəbər verir ki, 54 yaşlı mütəxəssis klubun rəsmi saytına açıqlamasında oyun fəlsəfəsini dəyişməyəcəyini qeyd edib.
"Mən heç vaxt, heç vaxt oyun üslubumla bağlı inancıma xəyanət etməyəcəyəm. Əgər top meydançaya qayıdırsa, mən sürətli hücum etmək istəyirəm. Rəqib pressinq edəndə, fərdi şəkildə oynayanda və biz ilk pressinqi qıranda, mən sürətli hücum etmək istəyirəm. Amma bundan sonra mən milyonlarla darıxdırıcı, bezikdirici paslar etməyi çox sevirəm. Mənim xoşuma gəlir ki, komandam topa nəzarət etsin və oynasın, oynasın, oynasın” - deyə, Qvardiola qeyd edib.
Qeyd edək ki, “Mançester Siti” Premyer Liqanın III turunda səfərdə "Brayton"la qarşılaşacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:100
Bu xəbər 31 Avqust 2025 09:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















