Qvardiola Mbappenin yeni sevgilisindən danışdı
Fanat portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola mətbuat konfransında "Real Madrid"in hücumçusu Kilian Mbappenin zədəsi ilə bağlı sualı cavablandırıb.
Fanat.Az "City Xtra"-ya istinadən xəbər verir ki, kataloniyalı mütəxəssis "Real Madrid" həkimlərinə etibar etmədiyi və dizinin əlavə müayinəsi üçün Parisə uçan ulduz futbolçu ilə bağlı belə danışıb:
"Bu, həqiqətən vacibdirmi? Mbappenin bərpası ilə bağlı fikrimin əhəmiyyət kəsb etdiyini düşünürsünüzmü? O, Parisdə idi və yeri gəlmişkən, orada tək deyildi...
Bu, istənilən klubda baş verir. Açığı, bu məsələ ilə bağlı fikir bildirmək hüququm yoxdur..."
İddialara görə, 27 yaşlı fransız Madridə aktrisa Ester Exposito ilə birlikdə qayıdıb və Qvardiola da bu məqama işarə edib.
Çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində "Real Madrid" bu gün "Mançester Siti"ni qəbul edəcək. Tərəflər arasında ikinci görüş 17 martda Mançesterdə keçiriləcək.
Baxış sayı:111
Bu xəbər 11 Mart 2026 10:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















