Qvardiola onu ən yaxşı baş məşqçi adlandırdı
Icma.az bildirir, Qol.az saytına əsaslanaraq.
"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola İngiltərə Premyer Liqasının növbəti turunda qarşılaşacaqları "Fulhem"lə matçdan öncə rəqib həmkarı barədə xoş sözlər söyləyib.
QOL.az xəbər verir ki, təcrübəli mütəxəssis Marko Silvanın işini yüksək qiymətləndirib:
"Fulhem" hər mövsüm daha da güclənir. Onların meydandakı hərəkətliliyi, oyun üslubu və sürəti ən yüksək səviyyədədir. Marko Silva indiyə qədər qarşılaşdığım ən yaxşı məşqçilərdən biridir. Şübhə etmirəm ki, o, bir neçə il ərzində dünyanın ən top mütəxəssislərindən birinə çevriləcək".
Xatırladaq ki, hazırda "şəhərlilər" 50 xalla turnir cədvəlinin 2-ci, "Fulhem" isə 34 xalla 10-cu pilləsində qərarlaşıb.
Qeyd edək ki, komandalar arasındakı görüş sabah (11 fevral) Bakı vaxtı ilə saat 23:30-da başlayacaq.
Baxış sayı:110
Bu xəbər 10 Fevral 2026 21:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















