Icma.az
close
up
RU
Qvardiola: “Qaçmaq yox, vəziyyəti düzəltmək istəyirəm”

Qvardiola: “Qaçmaq yox, vəziyyəti düzəltmək istəyirəm”

"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola klubun hazırkı durumu haqda danışıb.

O, böhranlı vəziyyətdə "şəhərlilər"i tərk etməyəcəyini bildirib:

“Qalmaq istəyirəm! Klubun uğurlarına arxayın olmadığımı hiss etdiyim an bura başqa məşqçi gələcək. Amma vəziyyəti düzəltmək imkanım olduğu halda qaçmaq istəmirəm. Bu gündən başlayaraq mövsümün sonuna kimi komandanı bir çox aspektlərdə yenidən qurmaq niyyətindəyəm”.

"Mançester Siti" son 6 matçında qələbə qazana bilməyib. Komanda bu görüşlərdə 5 dəfə uduzub, 1 dəfə isə heç-heçə edib. Hazırda "şəhərlilər" Premyer Liqanın turnir cədvəlində 23 xalla 3-cüdürlər. "Mançeser Siti" Çempionlar Liqasının Liqa mərhələsində isə 8 xalla 17-ci yerdə qərarlaşır.

Əlavə edək ki, Qvardiolanın "Mançester Siti" ilə müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub. O, 2016-cı ildən bu komandanı çalışdırır.

"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

seeBaxış sayı:22
embedMənbə:https://cebheinfo.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri