Qvardiola Qalatasaray la oyunla balı azarkeşlərə səsləndi: Dəstəyinizə ehtiyacımız var
Mia.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
UEFA Çempionlar Liqasında bu gün doğna meydanında "Qalatasaray"la qarşılaşacaq "Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola azarkeşlərə səslənib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, o, ilk 8-liyə yüksəlmək üçün azarkeşlərinin dəstəyinə ehtiyac duyduqlarını söyləyib.
Əsas oyunçularının zədə və kart səbəbindən bəzilərinin "Qalatasaray"a qarşı matçda yer almayacağını xatırladan Qvardiola bildirib ki, bu səbəbdən 12-ci oyunçu kimi tərəfdarları 90 dəqiqənin sonuna qədər komandanın yanında olmalıdır: "Mark Qehi, Antuan Semenyo, Rodri, Niko, Savinyo və Con Stouns matçda olmayacaq. Bu, uzun bir siyahıdır, amma ümid edirəm ki, tribunalarımız bizi ruhlandıracaq".
Xatırladaq ki, bu oyuna qədər "Mançester Siti" 13 xalla 11-ci, "Qalatasaray" isə 10 xalla 17-ci yerdədir.
Fərid ASLAN
MİA.AZ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:41
Bu xəbər 27 Yanvar 2026 00:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















