Qvardiola Qızıl top u qazanmağa əsas favoritin adını açıqladı
Fanat saytına istinadən Icma.az xəbər verir.
"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola futbolda əsas fərdi mükafatın - "Qızıl top"un mümkün qalibi ilə bağlı danışıb.
Fanat.Az xəbər verir ki, "şəhərlilər"in çalışdırıcısı 2024/25 mövsümü üçün potensial favoritlərin hər birinin qələbəyə iddialı olduğunu vurğulayıb.
"Sport.es" Qvardiolanın dediklərini belə çatdırıb: "Kim "Qızıl top"u qazansa, buna layiqdir. Dembele bunu əldə edə bilər - o, bu mövsüm hər şeyi qazandı. Yamalın 17 yaşında namizəd olması artıq qürur duymaq üçün əsasdır".
Usman Dembele klub səviyyəli yarışlarda 49 matça çıxaraq 33 qol vurub və 15 məhsuldar ötürmə edib. Yamal isə 55 matçda 18 qol vurub, 25 asistlə yadda qalıb.
Keçən il “Mançester Siti”nin ispan yarımmüdafiəçisi Rodri “Qızıl top”u qazanıb.
Mirağa
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:45
Bu xəbər 03 İyun 2025 10:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















