Icma.az
close
up
RU
Qvardiola “Siti”də qalmağa qərar verdi

Qvardiola “Siti”də qalmağa qərar verdi

Icma.az, Footbal-plus saytına istinadən bildirir.

«Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola daha iki mövsüm klubda qalacaq. Onunla müqavilənin müddətinin «1+1 il» sxemi üzrə uzadılması xəbəri rəsmi şəkildə açıqlanıb.

Bu haqda xəbəri «The Atletic» hələ bir neçə gün əvvəl yaymışdı. Həmin qaynaq iddia edirdi ki, Qvardiola artıq yeni müqavilənin şərtlərini razılaşdırıb. Əvvəlki müqavilənin müddəti cari mövsümün sonunda başa çatacaqdı.
Müqavilənin maliyyə tərəfləri hələ ki məlum deyil. Hazırda Pepin maaşı 23,7 milyon avro təşkil edir ki, bu da onu dünyanın ən yüksək ödənişli məşqçiləri siyahısında 2-ci yerə qoyur. Yalnız «Atletiko”nun çalışdırıcısı Dieqo Simeone daha çox (34 milyon) qazanır.
«Mirror» yayda belə bir xəbər yaymışdı ki, «Mançester Siti» kataloniyalı mütəxəssisi saxlamaq üçün maaşını ciddi şəkildə artırmağa hazırdı. Klub rəhbərliyi Qvardiolanın mümkün gedişindən narahat idi — o, artıq 9-cu mövsümdü «sükan arxasındadı». Bəzi mənbələr belə hesab edirdi ki, Pep yekun qərarı yanvarda verməyi planlaşdırır — ailəsinin fikri də onun üçün vacib idi.
Mütəxəssis bir neçə dəfə gedişi ilə bağlı şayiələri şərh etmişdi. Pepin fikrincə, klub onsuz da dağılmayacaq, ona görə ki, dəqiq qurulmuş sistem əsasında fəaliyyət göstərir. Oktyabrda belə demişdi: «Mançester Yunayted”də nə baş verdiyini bilmirəm (Aleks Ferqyuson gedəndən sonra komandanın əvvəlki şöhrətindən uzaq düşməsini nəzərdə tutur — red.). Bir adamın gedişindən sonra hər şey korlanırsa, bu, klub üçün çox pis əlamətdi. «Siti”də nə etməli olduqlarını bilirlər: komanda yaxşı idarə olunur, əla strukturu var. Böyük, ciddi klublar bu və ya başqa fiqurdan asılı olmur. Klub güclüdüsə, qalan heç nəyin əhəmiyyəti yoxdu».
Qvardiola ilə müqavilənin perspektivinə onunla hələ «Barselona”da birgə işləyən idman direktoru Çiki Beqiristaynın gedişi təsir göstərə bilərdi. Amma Beqiristayn 60 yaşına çatandan sonra 12 mövsüm keçirdiyi «Siti”dən ayrılmağa özü qərar verdi. İspaniyalının əvəzinə idman direktoru postuna «Sportinq”dən Uqo Viana gətiriləcək. Bu xəbər hələ oktyabrdan bəllidi. Həmin vaxt «The Telegraph» yazmışdı ki, yeni direktor Portuqaliyadan özü ilə birgə Ruben Amorimi də gətirə bilər. Ancaq məlum olduğu kimi, adı çəkilən məşqçi Mançesterin digər təmsilçisini — «Yunayted”i çalışdıracaq.
Yeri gəlmişkən…
MS Qvardiolanın rəhbərliyi altında keçirdiyi 490 oyunun 360-da qələbə qazanıb, 60-da heç-heçə edib, 70-də uduzub. Top fərqi isə belədi: 1239-446.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:213
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 01 Dekabr 2024 22:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see326

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see325

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see323

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see264

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see257

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see256

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see253

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see250

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see249

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see236

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see213

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see208

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see208

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see208

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see207

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see205

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see205

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see203

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see201

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri