Icma.az
close
up
RU
Menu

Lənkəran Dövlət Dram Teatrı “Arşın mal alan” operettasını təqdim edib

В Центральном таможенном госпитале состоялась встреча со специалистами, имеющими учёную степень

“Yeni pandemiya qaçılmazdır” ÜST rəhbəri xəbərdarlıq etdi

Mənzil almazdan əvvəl bunu bilməlisiniz Hansı evlər dəyər itirə BİLƏR?

Ağıllı iqtisadiyyatın formalaşdırılmasında süni intellektin rolu müzakirə olunub

Məcnun Məmmədov panel sessiyada çıxış etdi Fotolar

Aleksandr Plyuşşenko Batumidə Qran pridə 10 cu oldu

Əməkdar artistin oğlu və gəlini belə görüntüləndi (Video)

Deniz Baysal və Barış Yurtçu 7 illik evliliklərini bitirdilər

ERMƏNİ KİLSƏSİNDƏ “ƏCƏL ZƏNGİ” ÇALINIR Paşinyan Qaregini devirə biləcəkmi?

İdarə sədri: İçərişəhərdə tunellərin başlanğıc nöqtələri bəllidir, bu yaxınlarda yerin altında çox maraqlı tikili aşkarlamışıq MÜSAHİBƏ

Azərbaycanda səhiyyə üçün xüsusi mərkəzlər yaradıla bilər

Ölümdən sonra insanı nə gözləyir?

Cəmiyyətlə münasibətlərdə həssaslıq və böhranlara hazırlıq PR mütəxəssisi nələri bilməlidir

Ötən onilliklərin solmayan kinolentləri

Yeni pandemiya añ məsələsidir ÜST rəhbərindən dünyanı şoka salan BƏYANAT

Timati ilə Kseniya Borodina arasında “Bugatti” mübahisəsi

Bərpaolunan enerji layihələrinə investisiyaların cəlbi müzakirə olunub

Yeni 100 manatlıqlar niyə terminallarda qəbul edilmir? Mərkəzi Bankdan AÇIQLAMA

WP: ABŞ kəşfiyyatı Səudiyyə Ərəbistanının nüvə silahı yaratmaq ehtimalını istisna etmədiyini düşünür

Qvardiolanın məğlubiyyət seriyası davam edir

Qvardiolanın məğlubiyyət seriyası davam edir

Footbal-plus portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Necə deyərlər, hər aşiqin öz dövranı var! Bütün turnirlərdə ardıcıl 5-ci məğlubiyyətini alan “Mançester Siti” artıq liderdən 8 xal geri qalır. Həmin lider – “Liverpul” çətin, “Arsenal” asan qələbə qazandı. “Mançester Yunayted” Ruben Amorimin rəhbərliyi altında keçirdiyi ilk oyunda heç-heçə ilə kifayətləndi.

Noyabr İngiltərənin son çempionu üçün faciəvi keçir. “Siti” bu dəfə azarkeşləri önündə biabır oldu. Yaxınlarda “şəhərlilər”i Liqa kubokundan kənarlaşdıran “Tottenhem” onları “Etihad”da da darmadağın etdi. İlk yarıda favorit çox hücum etdi, ancaq Vikarionun ustalığı ilə yanaşı, meydan sahiblərinin imkanları boşa verməsi də vurğulanmalıdı. Qonaqlardan isə Meddison ilk 20 dəqiqədə iki qol vurdu. Onunla yanaşı, Son, Sarr, Kulusevski rəqibə göz açmağa imkan vermirdi. Porro ilə Conson da Edersonun qapısına yol tapdı.
Belə təəssürat yaranırdı ki, Qvardiola, sadəcə, nə etməli olduğunu bilmir. Adətən, o, dəyişiklikləri ilə seçilir. Bu dəfə isə De Bruyneni meydana yalnız 74-cü dəqiqədə buraxdı. Belçikalı oyunu bir qədər canlandırsa da, sonda sarı vərəqə almaqdan başqa heç nə ilə yadda qalmadı. Gündoğan, Qvardiol və Savinyo da nəsə etməyə çalışırdı, “Siti”nin qalan oyunçuları isə “yuxuya getmişdi”. Bir sözlə, yeni müqavilə Qvardiola üçün düşərli olmadı.
MS-dən bir gün sonra meydana çıxan “Liverpul” “Sauthempton”u yenərsə, xal fərqini 8-ə çatdıracaqdı. Belə də oldu. “Qırmızılar” oyunboyu dominantlıq etdi, topa, ərazi üstünlüyünə sahib oldu, qol vəziyyətləri yaratdı. Ancaq çox çətin qələbə qazandılar. Hesab 30-cu dəqiqədə - “müqəddəslər”in kobud səhvindən sonra açıldı. Ancaq fasilə ərəfəsində meydan sahibləri bərabərliyi təmin etdi. 2-ci hissənin əvvəlində nümunəvi əks-hücum “Sauthempton”un irəli çıxmasına səbəb oldu. “Liverpul”un hesabı bərabərləşdirməsi üçün daha 10 dəqiqə lazım gəldi. Qələbəni isə yalnız sonda vurulan penalti qolu gətirdi. “Liverpul”un qollarının hamısında rəqib oyunçuların fərdi səhvləri əsas rol oynadı.
Yığma oyunları üçün fasilə “Arsenal”ın işinə yaradı. Artetanın komandası evdə “Nottingem Forest”i darmadağın etməklə qələbə yoluna qayıtdı. Halbuki bu oyuna qədər komandalar eyni xala malik idi. Londonlular artıq ilk yarıda darmadağını rəsmiləşdirə bilərdi. Onlar 15-ci dəqiqədə hesabı açdı – Edeqorun ötürməsindən sonra Saka fərqləndi. Edeqor, Jezus, Saka fərqi artırmaq imkanlarını əldən verdi. Artetanın 2-ci yarıda meydana buraxdığı Parti 52-ci dəqiqədə komandasının 2-ci qolunu vurdu. “Meşəçilər” 2-ci hissədə topa daha çox nəzarət etsə də, hücumda heç nə göstərə bilmədi. Qonaqlar Rayyanın qapısına bir zərbə də vurmadılar. 82-ci dəqiqədə meydana çıxan Nvaneri oyuna çox yaxşı qoşuldu. Məhz o, 86-cı dəqiqədə fərqi darmadağın həddinə çatdırdı. “Quru” və böyüksehablı qələbə qazanan “Arsenal” ilk “4-lük”də yerini möhkəmlətdi. “Topçular” “Çelsi”dən yalnız əlavə göstəricilərə görə geri qalır.
“Çelsi” hesabat turunda səfər qələbəsinə sevindi. London klubu “Lester”lə oyunun əksər bölümündə üstün təsir bağışladı. Təsadüfi deyil ki, artıq ilk 15 dəqiqənin tamamında Cekson Hermanseni təslim olmağa məcbur etdi. Fasiləyə qədər londonlular növbəti dəfə topu qapıdan keçirdi, ancaq Maduekenin qolu Kukurelya ofsaydda olduğuna görə sayılmadı. “Çelsi”nin 2-ci qolu zaman məsələsi kimi görünürdü. Epizodların birində Madueke Palmerin topu 2 metrdən qapıya salmasına mane oldu! Son 15 dəqiqədə komandalar hərəyə bir qol vurdu. Əvvəlcə Fernandes fərqi artırdı, uzatma dəqiqələrində isə Ayyu penaltini dəqiq yerinə yetirdi. “Çelsi” bu qələbə sayəsində MS-yə yaxınlaşdı. “Lester”in bütün turnirlərdəki qələbəsiz oyunlar seriyası isə 5-ə çatdı. Və oyundan dərhal sonra Stiv Kuper baş məşqçi vəzifəsindən uzaqlaşdırıldı. Onunla birgə köməkçiləri Alan Teyt və Stiv Rends də getdi. 44 yaşlı Kuper ötən yaydan bəri “tülkülər”ə rəhbərlik etdi. Baş məşqçinin səlahiyyətlərini müvəqqəti Ben Douson yerinə yetirəcək.
MY Amorimin rəhbərliyi altında keçirdiyi ilk oyunda qələbəyə həsrət qaldı. Özü də autsayderlərdən sayılan “İpsviç”lə oyunda! Məhz “İpsviç” qələbəyə daha yaxın idi. Baxmayaraq ki, oyun qonaqlar üçün yaxşı başladı. Onlar elə ilk hücumdaca hesabı açdılar. Ancaq bundan sonra təşəbbüs “İpsviç”in tərəfinə keçdi. Meydan sahibləri Onananın qapısı önündə təhlükəli vəziyyətləri sıraladılar. Tez-tez ustalığını göstərməyə məcbur olan kamerunlu qapıçı 43-cü dəqiqədə “ağ bayraq qaldırdı”. 2-ci hissədə artıq MY topa daha çox nəzarət etsə də, kəskin hücumlarla yadda qalmadı. Komanda sanki necə hücum edəcəyini, təhlükə yaradacağını bilmirdi. Elə “İpsviç” də ara-sıra əks-hücumlar qururdu. Nəticədə hesab bir daha dəyişmədi, heç-heçəni qanunauyğun saymaq olar.
Turun qalan oyunlarına gəlincə, “Vulverhempton” səfərdə “Fulhem”i darmadağın etdi, “Brayton” “Bornmut”a qalib gəldi. Mövsümə yaxşı başlayan “Aston Villa” ardıcıl 4-cü oyunda qələbəyə həsrət qaldı. “Everton” – “Brentford” oyunu qolsuz bitdi. Turun dünən axşam keçirilən son oyununda “Nyukasl” evdə “Vest Hem”ə uduzdu.
12-ci tur
Mançester Siti – Tottenhem 0:4

Meddison, 13; 20. Porro, 53. Conson, 90+3. (55000)
MS: Ederson, Uoker, Stounz (Ake, 46), Akanci, Qvardiol, Lüis (Qriliş, 74), Gündoğan, Savinyo (De Bruyne, 74), B.Silva, Foden, Holann.
Tottenhem: Vikario, Porro, Drequşin, Devis, Udoci (Spens, 90), Bissuma, Sarr (Berqvall, 90), Kulusevski, Meddison (Verner, 90), Son Hın Min (Conson, 63), Solanke.
Sauthempton – Liverpul 2:3
Armstronq, 42. Fernandeş, 56 – Soboslai, 30. Salah, 65; 82-p. (31278)
Liverpul: Kelleher, Bredli, Konate, Van Diyk, Robertson, Cons (Makallister, 62), Qravenberx, Salah, Soboslai, Qakpo (Dias, 62), Nunyes (Endo, 89).
Arsenal – Nottingem Forest 3:0
Saka, 15. Parti, 52. Nvaneri, 86. (60298)
Arsenal: Rayya, Timber (Kivyor, 88), Saliba, Qabriel, Kalafyori (Zinçenko, 67), Edeqor (Nvaneri, 82), Jorjinyo (Parti, 46), Merino, Saka (Sterlinq, 82), Jezus, Trossar.
Lester – Çelsi 1:2
Ayyu, 90+4-p. – Cekson, 15. Fernandes, 75. (31880)
Çelsi: Sançes, Fofana, Badyaşil, Koluill, Kukurelya, Kaysedo (Lavia, 81), Fernandes, Madueke (Sanço, 85), Palmer, Feliş (Nkunku, 81), Cekson (Dyusberi-Holl, 90+1).
İpsviç – Mançester Yunayted 1:1
Hatçinson, 43 – Reşford, 2. (30017)
MY: Onana, Dalot, Evans (Şou, 56), De Liqt, Dyallo, Kazemiro (Uqarte, 56), Eriksen (Zirkzee, 68), Mazraui, Fernandeş, Qarnaço (Maunt, 86), Reşford (Heylunn, 68).
Fulhem – Vulverhempton 1:4
İvobi, 20 – Kunya, 31; 87. Qomes, 53. Qedeş, 90+6. (25000)
Bornmut – Brayton 1:2
Bruks, 90+3 – Pedro, 4. Mitoma, 49. (11196)
Aston Villa – Kristal Pelas 2:2
Uotkins, 36. Barkli, 77 – Sarr, 4. Devenni, 45+1. (42000)
Everton – Brentford 0:0
(38915)
Nyukasl – Vest Hem 0:2
Souçek, 10. Van-Bissaka, 53. (22094)
1. Liverpul 12 10 1 1 24-8 31
2. Mançester S. 12 7 2 3 22-17 23
3. Çelsi 12 6 4 2 23-14 22
4. Arsenal 12 6 4 2 21-12 22
5. Brayton 12 6 4 2 21-16 22
6. Tottenhem 12 6 1 5 27-13 19
7. Nottingem F. 12 5 4 3 15-13 19
8. Aston Villa 12 5 4 3 19-19 19
9. Fulhem 12 5 3 4 17-17 18
10. Nyukasl 12 5 3 4 13-13 18
11. Brentford 12 5 2 5 22-22 17
12. Mançester Y. 12 4 4 4 13-13 16
13. Bornmut 12 4 3 5 16-17 15
14. Vest Hem 12 4 3 5 15-19 15
15. Everton 12 2 5 5 10-17 11
16. Lester 12 2 4 6 15-23 10
17. Vulverhempton 12 2 3 7 20-28 9
18. İpsviç 12 1 6 5 13-23 9
19. Kristal Pelas 12 1 5 6 10-17 8
20. Sauthempton 12 1 1 10 9-24 4
Bombardirlər: Holann (MS) – 12, Salah (Liverpul) – 10, Mbemo (Brentford), Vud (Nottingem Forest) – 8.
Turun rəqəmi
2000 – “Arsenal” ölkə çempionatında keçirdiyi 4336-cı oyunda qələbə sayını bu həddə çatdırdı. “Topçular” bu göstəricidə yalnız “Liverpul”dan (2068) geri qalır. Sonrakı pillələrdə MY (1910), “Everton” (1901) və “Aston Villa” (1724) qərarlaşıb.
Turun ulduzu
Ceyms Meddison (Tottenhem) – “Etihad”da dubl etmək hər futbolçunu işi deyil! MS hər nə qədər yaxşı formada olmasa da, bu komandanı səfərdə darmadağın etmək çox çətindi. Meddison artıq ilk 20 dəqiqədə iki qol vurmaqla bu qələbədə önəmli rol oynadı.
Turun sitatı
Hari Nevill, futbol veteranı:

“MS-ni bütün cəbhələrdə üstələyirlər. Qvardiolanın ilk mövsümündən bəri belə vəziyyət xatırlamıram. Komanda bütün bunlardan sonra titulu qoruyarsa, bu, Pepin böyük uğuru olacaq”.


Faktlar
* 0:4 MS-nin 2003-cü ildən bəri ən böyükhesablı ev məğlubiyyətidi. Komanda sonuncu dəfə 4 top fərqi ilə 2003-cü il fevralın 22-də “Arsenal”a uduzub (1:5).
* Qvardiola 2016-cı ildən “Siti”ni çalışdırır. Bu müddətdə “Tottenhem” “şəhərlilər”i çempionatda istənilən başqa komandadan daha çox – 7 dəfə məğlub edib. Ümumiyyətlə, Qvardiola bütün turnirlər çərçivəsində “Tottenhem”ə 9 dəfə uduzub.
* MS ardıcıl 5-ci oyunda uduzdu. “Siti” buna qədər Liqa kubokunda “Tottenhem”ə (1:2), Çempionlar Liqasında “Sportinq”ə (1:4), premyer-liqada isə “Bornmut”la “Brayton”a (hər ikisinə 1:2) məğlub olmuşdu. Qvardiola baş məşqçi karyerasında ilk dəfə ardıcıl 5-ci dəfə məğlubiyyətlə barışdı.
* MS son 67 ildə bütün turnirlərdə ardıcıl 5 məğlubiyyətlə üzləşən ilk çempiondu. Sonuncu dəfə 1956-cı ilin martında “Çelsi” belə aqibətlə üzləşib.
* Premyer-liqada ilk 10 qələbəni 12-ci oyunda qazanan Slot Ançelotti ilə Hiddinkin rekordunu təkrarladı.
Oyundan sonra
Arne Slot, “Liverpul”un baş məşqçisi:

“İkinci hissədə ilk yarıda axtardığım intensivliyi gördüm. “Sauthempton” bütün komandalara çətinılik yaradır, bu gün bizə də çətin idi, hərçənd dominantlıq edirdik. Rəqib 4-5-1 sxemi ilə oynayanda təhlükəli vəziyyətlər yaratmaq çətindi. “Sauthempton” öz qapısı önündə kombinasiyalar qurmağı xoşlayır, odu ki, bu rəqibə qarşı hədsiz aqressiv oynamaq lazımdı. Qalib gəlmək istəyirsənsə, qol vurmalısan. Salahın bu işi bacardığını bilirik. Qələbə həmişə sevindiricidi. Rəqib cəmi iki dəfə cərimə meydançamıza daxil oldu. Ümumilikdə dominantlıq etsək də, hesab elə təəssürat yardır ki, oyun bizim üçün çətin keçib. Hər halda, haqq etdiyimiz qələbəni qazandıq”.


Xosep Qvardiola, MS-nin baş məşqçisi:

“Oyuna çox-çox yaxşı başlasaq da, qol vura bilmədik. Ardından qollar buraxdıq. Səkkiz il ərzində heç vaxt belə vəziyyətlə üzləşməmişəm, indi bu mərhələni arxada qoymalıyam. Qarşıdalı oyunlarda qələbə qazanmalıyıq. Belə məğlub olursansa, taktikanı müzakirə etməyə dəyməz. Əlbəttə, müəyyən detallar var, ancaq hər şey sənin reaksiyandan asılıdı. Premyer-liqada ardıcıl üç dəfə uduzmağın səbəbinin taktika ilə bağlı olduğunu düşünmürəm. İrəli hərəkət etməli və bu seriyanı qırmalıyıq”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:182
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 03 Dekabr 2024 10:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrı “Arşın mal alan” operettasını təqdim edib

25 Sentyabr 2026 18:44see308

В Центральном таможенном госпитале состоялась встреча со специалистами, имеющими учёную степень

25 Sentyabr 2026 12:05see231

“Yeni pandemiya qaçılmazdır” ÜST rəhbəri xəbərdarlıq etdi

26 Sentyabr 2026 00:02see211

Mənzil almazdan əvvəl bunu bilməlisiniz Hansı evlər dəyər itirə BİLƏR?

26 Sentyabr 2026 13:31see199

Ağıllı iqtisadiyyatın formalaşdırılmasında süni intellektin rolu müzakirə olunub

25 Sentyabr 2026 19:06see192

Məcnun Məmmədov panel sessiyada çıxış etdi Fotolar

25 Sentyabr 2026 21:53see191

Aleksandr Plyuşşenko Batumidə Qran pridə 10 cu oldu

26 Sentyabr 2026 00:41see191

Əməkdar artistin oğlu və gəlini belə görüntüləndi (Video)

25 Sentyabr 2026 19:40see189

Deniz Baysal və Barış Yurtçu 7 illik evliliklərini bitirdilər

25 Sentyabr 2026 23:42see189

ERMƏNİ KİLSƏSİNDƏ “ƏCƏL ZƏNGİ” ÇALINIR Paşinyan Qaregini devirə biləcəkmi?

25 Sentyabr 2026 20:25see188

İdarə sədri: İçərişəhərdə tunellərin başlanğıc nöqtələri bəllidir, bu yaxınlarda yerin altında çox maraqlı tikili aşkarlamışıq MÜSAHİBƏ

25 Sentyabr 2026 20:02see188

Azərbaycanda səhiyyə üçün xüsusi mərkəzlər yaradıla bilər

25 Sentyabr 2026 13:48see188

Ölümdən sonra insanı nə gözləyir?

25 Sentyabr 2026 19:07see188

Cəmiyyətlə münasibətlərdə həssaslıq və böhranlara hazırlıq PR mütəxəssisi nələri bilməlidir

25 Sentyabr 2026 12:04see188

Ötən onilliklərin solmayan kinolentləri

25 Sentyabr 2026 13:18see187

Yeni pandemiya añ məsələsidir ÜST rəhbərindən dünyanı şoka salan BƏYANAT

26 Sentyabr 2026 03:05see186

Timati ilə Kseniya Borodina arasında “Bugatti” mübahisəsi

26 Sentyabr 2026 01:18see186

Bərpaolunan enerji layihələrinə investisiyaların cəlbi müzakirə olunub

25 Sentyabr 2026 20:43see183

Yeni 100 manatlıqlar niyə terminallarda qəbul edilmir? Mərkəzi Bankdan AÇIQLAMA

25 Sentyabr 2026 19:30see183

WP: ABŞ kəşfiyyatı Səudiyyə Ərəbistanının nüvə silahı yaratmaq ehtimalını istisna etmədiyini düşünür

26 Sentyabr 2026 06:14see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri