Qvatemalada vulkanın püskürməsi yüzlərlə insanı evlərini tərk etməyə məcbur edib
Oxu.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Qvatemalada Fueqo vulkanının davam edən püskürməsi yaxınlıqdakı yaşayış məntəqələrində yaşayan 700-dən çox insanın təxliyəsinə səbəb olub.
Oxu.Az "Reuters" agentliyinə istinadən xəbər verir ki, bu barədə Qvatemalanın Milli Fövqəladə Hallar Agentliyi məlumat yayıb.
Bildirilib ki, vulkanın buraxdığı kül sütunları 4.8 kilometr hündürlüyə çatıb, lava axını isə təxminən 1.2 kilometr məsafəyə qədər uzanıb.
Qvatemalada 37 vulkan var, lakin onların bir çoxu sönmüş hesab olunur.
Fueqo vulkanı tez-tez aktivləşməsi ilə tanınır. 2018-ci ilin iyununda baş verən püskürmə nəticəsində 200-dən çox insan həyatını itirmişdi.
Baxış sayı:54
Bu xəbər 07 İyun 2025 01:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















