Icma.az
close
up
RU
Rabitəbank Garmin Pay təmassız ödəniş həllini müştərilərin istifadəsinə verdi

Rabitəbank Garmin Pay təmassız ödəniş həllini müştərilərin istifadəsinə verdi

Icma.az, Unikal.az saytına istinadən bildirir.

“Rabitəbank” ASC rəqəmsal bankçılıq həllərini genişləndirməyə davam edərək müştərilər üçün daha bir innovativ ödəniş imkanını istifadəyə verib. Artıq Kartmane Visa kart sahibləri kartlarını Garmin ağıllı saatlarına əlavə etməklə ödənişlərini sürətli, rahat və təhlükəsiz şəkildə həyata keçirə bilərlər.

"Unikal" xəbər verir ki, yeni xidmət sayəsində istifadəçilər gündəlik ödənişlərini fiziki karta və ya mobil telefona ehtiyac olmadan birbaşa Garmin saatları vasitəsilə icra edə biləcəklər. Bunun üçün müştərilər Kartmane Visa kartlarını Garmin Pay platformasına inteqrasiya etdikdən sonra Garmin ağıllı saatlarını POS terminala yaxınlaşdırmaqla ödənişlərini sürətli, təhlükəsiz və tam təmassız şəkildə həyata keçirə bilərlər.Eyni zamanda Garmin saatları vasitəsilə Rabitəbankın təmassız bankomatlarında da müxtəlif əməliyyatların icrası mümkündür.

“Rahat bankçılıq” konsepsiyasına uyğun olaraq təqdim edilən bu xidmət müasir texnologiyaları gündəlik maliyyə əməliyyatlarına inteqrasiya etməklə istifadəçilərə daha çevik bankçılıq təcrübəsi təqdim edir. Garmin Pay texnologiyası beynəlxalq təhlükəsizlik standartlarına uyğun qorunur və ödəniş zamanı kart məlumatlarının təhlükəsizliyini təmin edir.

Garmin Pay xidmətinin aktivləşdirilməsi isə olduqca sadədir. İstifadəçi mobil telefonunda Garmin tətbiqinə daxil olaraq saatın tənzimləmələri bölməsində Garmin Pay funksiyasını seçir, Kartmane Visa kart məlumatlarını əlavə edib qeydiyyatı tamamlayır. Bundan sonra saat üzərində yaradılan rəqəmsal cüzdan vasitəsilə təmassız ödənişlərdən rahat şəkildə istifadə etmək mümkündür.

Məlumat üçün bildirək ki, “Rabitəbank” ASC 1993-cü ildən etibarən fəaliyyət göstərir və “Rahat bankçılıq” konsepsiyası əsasında müştərilərinə müasir və əlçatan maliyyə xidmətləri təqdim edir. Bankın nizamnamə kapitalı 101,3 milyon manatdır. Ölkə üzrə geniş filial şəbəkəsi, rəqəmsal bankçılıq həlləri və peşəkar komandası ilə Rabitəbank müştərilərinə dəyər yaradan xidmətlər təqdim etməyə davam edir. Bankın əsas səhmdarları “Azərbaycan Banklar Assosiasiyası”nın prezidenti Nuriyev Zakir Əlibala oğlu və iş adamı, sahibkar Əliyev Rauf Zeynal oğludur.

Hal-hazırda “Rabitəbank” ASC 19 region və Bakı şəhəri üzrə ümumilikdə 31 xidmət məntəqəsi, 78 ATM-i, “Rabita Mobile”, “Rabita Junior” və “Rabita Business” tətbiqləri, İnternet Bankçılıq platforması və 133 nömrəli Çağrı Mərkəzi ilə öz müştərilərinə ən müasir standartlar səviyyəsində geniş spektrli bank xidmətləri təqdim edir.



Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:145
embedMənbə:https://unikal.az
archiveBu xəbər 15 May 2026 17:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see627

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see545

Ürək damar xəstəliklərinin qarşısını almaq onları müalicə etməkdən daha asandır KARDİOLOQ

25 Noyabr 2026 13:37see296

Oturaq işləyənlərin nəzərinə: Saatda cəmi 5 dəqiqə gəzmək...

25 Noyabr 2026 12:03see294

Marsda “kartof çipsi” dalğaları tapıldı

25 Noyabr 2026 16:18see271

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see268

Bu şəxslərə dərman və həkim müalicəsi pulsuz olacaq

25 Noyabr 2026 09:39see258

Hakimlərin xidmət haqqı normaları müəyyən olundu

25 Noyabr 2026 18:36see258

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

25 Noyabr 2026 21:47see256

Vəzifəlilərin biznesinə son qoyula bilər Yeni qanun nələri dəyişəcək?

25 Noyabr 2026 20:04see229

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see228

Araz da məhsul göstəriləndən baha satılıb

25 Noyabr 2026 15:05see226

Bakıda 28 istiqamətdə sıxlıq var

25 Noyabr 2026 18:26see226

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

26 Noyabr 2026 01:33see224

Polis bölməsinə şaman çağırıldı Pis ruhları qovmaq üçün

25 Noyabr 2026 22:36see223

Elgiz Əkbərin yeni layihəsi ilə bağlı ARB dən rəsmi açıqlama

25 Noyabr 2026 21:11see222

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

26 Noyabr 2026 00:01see219

Xırdalan və Abşeronun bir sıra yaşayış məntəqələrinin yolları yenilənəcək Siyahı

25 Noyabr 2026 18:36see218

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see216

Evdəki adi əşyalar uşağın həyatını təhlükəyə ata bilər Həkimdən xəbərdarlıq

25 Noyabr 2026 22:56see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri