“Rabitəbank” müştərisinin başına bu oyunu açdı Foto
Hurriyyet saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Şikayətim “Rabitabank”dandır. Bank kartımdan sildiyi pulu geri qaytarmadığına görə məhkəməyə müraciət edəcəyəm.
Hurriyyet.az xəbər verir ki, bu barədə sözügedən bank müştərisi Cahan Məmmədli yazıb. O bildirib ki, banka etdiyi müraciətlər heç bir nəticə vermir:
“Sentyabr ayının 18-i Heydər Əliyev mərkəzində 60 manat ödəniş etdik, kart hesabdan çıxdı, amma onların hesabına keçmədi. 2-ci dəfə ödəniş etdik, bu keçdi. Sonra banka zəng edib məlumat verdim ki, 1-ci ödənişi hesaba qaytarsınlar. Dedilər, narahat olmayın. Pul hesaba qayıtdı və növbəti gün gecə yenə çıxdı. Mərkəz deyir ki, 2-ci dəfə eyni pulun çıxılmağını göstərin, pulu geri ödəniş edək. Bank çıxarışında isə pulun çıxılıb-geri qaytarılması göstərilir. 2-ci dəfə çıxılmanı göstərmək olmur. Dəfələrlə çağrı mərkəzi ilə əlaqə saxlamışam, 2 dəfə mərkəz ofisinə yaxınlaşmışam, xeyri yoxdur.
Guya, 30 noyabra qədər həll olunacaqdı, nəticə yoxdur və bu gün artıq dekabrdır. Artıq hüquqi çərçivədə müraciət etməyi düşünürəm”.
Qeyd edək ki, sözügedən bankla bağlı bu kimi şikayətlər kifayət qədərdir. Xatırladaq ki, “Rabitəbank”ın Müşahidə Şurasının sədri Zakir Nuriyevdir. Bankın İdarə Heyətinin sədri isə Aydın Hüseynovdur.
Tərəfləri dinləməyə hazırıq./Tribunainfo.az/
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:132
Bu xəbər 03 Dekabr 2024 11:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















