“Rabitəbank” qaydaları pozdu Mərkəzi Bank CƏRİMƏLƏDİ
Modern.az saytına istinadən Icma.az xəbər verir.
Azərbaycan Mərkəzi Bankı kommersiya bankı olan “Rabitəbank” ASC-yə maliyyə sanksiyasının tətbiq edib.
Modern.az xəbər verir ki, bu barədə AMB-nin açıqlamasında qeyd edilir.
Bank sistemində likvidliyin effektiv idarə edilməsi və likvidliyin konsentrasiyasının azaldılması məqsədilə Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən məcburi ehtiyat normaları alətindən istifadə olunur. Banklara tətbiq edilən məcburi ehtiyatlar üzrə tələblər “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Qanunla (Qanun) yanaşı, Mərkəzi Bankın “Məcburi ehtiyatların norması, hesablanması və saxlanması” Qaydası (Qayda) ilə tənzimlənir. Bundan irəli gələrək, banklar tələb olunan məcburi ehtiyatların Qaydaya müvafiq surətdə Mərkəzi Bankda olan müxbir hesablarında saxlanmasını təmin etməlidirlər.
15.07.2025-14.08.2025-ci il tarixlərini əhatə edən saxlama dövründə “Rabitəbank” ASC manatla məcburi ehtiyatları tələb olunan normadan az saxlamaqla Qaydanın tələblərinə riayət etməmişdir.
Bundan irəli gələrək, Qanunun 32-ci maddəsinə müvafiq olaraq Mərkəzi Bank tərəfindən “Rabitəbank” ASC-yə qarşı 1 857.54 manat məbləğində maliyyə sanksiyası tətbiq olunmuşdur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:85
Bu xəbər 18 Avqust 2025 12:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















