Raci Şaşmazın məhkəmədəki ifadəsi yayıldı O serial tamamilə...
Icma.az, Demokrat.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Silivri Cumhuriyyət Baş Prokurorluğu tərəfindən 2011-ci ildə Silivri həbsxanasında vəfat edən keçmiş MİT əməkdaşı Kaşif Kozinoğlunun ölümü ilə bağlı aparılan araşdırma çərçivəsində “Kurtlar Vadisi” serialının ssenaristləri Raci Şaşmaz, Bahadır Özdener və Cüneyt Aysanın ifadələri alınıb.
Ssenaristlər “məlumatı olan şəxs” statusunda ifadə vermək üçün Silivri Ədliyyə Sarayına gediblər.
Raci Şaşmaz ifadəsində “Kurtlar Vadisi” serialının uzun illər ssenaristi olduğunu bildirib. O, serialla bağlı illərdir səsləndirilən müxtəlif iddialara münasibət bildirərək qanuni və ya qanunsuz heç bir güc və ya cinayət qruplaşması ilə əlaqələrinin olmadığını deyib.
Şaşmaz qeyd edib ki, “Kurtlar Vadisi” cəmiyyətin reallıqlarını əks etdirir və açıq mənbələrdən əldə edilən məlumatlar dramaturji yanaşma ilə tamaşaçının anlaya biləcəyi formata salınaraq təqdim olunur.
O, serialdakı “Kaşifoğlu” obrazının kəşfiyyat daxilindəki qarşıdurmaları təsvir etmək məqsədilə yaradıldığını bildirib:

“Kaşifoğlu obrazı kəşfiyyat daxilindəki qarşıdurmaları anlatmaq üçün yaradıldı. Hekayəsi başa çatdıqdan sonra isə serialda öldürülərək başqa obrazlara və mövzulara keçildi.”
Raci Şaşmaz serialdakı obrazın ölümü ilə real həyatda baş verən hadisələr arasında əlaqə olmadığını vurğulayıb. Onun sözlərinə görə, serialdakı ölüm həmin obrazın hekayəsinin başa çatdığını ifadə edir.
Şaşmaz “İskəndər Böyük” obrazını da nümunə göstərərək bildirib ki, bu obrazın real həyatda bəzi şəxslərdən ilham aldığı iddia edilsə də, həmin şəxslər hazırda sağdır.
Raci Şaşmaz Kaşif Kozinoğlunun ölümünün araşdırılmasını müsbət qarşıladıqlarını bildirib:

Bu mövzuda digər xəbərlər:Necati Şaşmazın sərvəti eşidənləri heyrətə gətirib
28 İyul 2025 15:04
“O, tamamilə depressiyadadır...”
18 Yanvar 2025 08:55
Raci Şaşmaz 6 il sonra qayıdır
22 Noyabr 2025 10:23
Kozinoğlunun ölümü: Raci Şaşmaz aydınlıq gətirdi
15 Sentyabr 2026 12:22
Qanında narkotik tapılanların ifadəsi yayıldı
23 Noyabr 2025 19:22
Baxış sayı:114
Bu xəbər 15 Sentyabr 2026 11:32 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları