Rada yeni müdafiə nazirini təsdiqlədi Nazir əsas prioritetləri sadalayıb
Azpolitika.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Ukrayna Ali Radası 312 səs çoxluğu ilə Yevgeni Xmaranın müdafiə naziri postuna təyinatını təsdiqləyib. O, hökumətin iyul ayındakı yenidənqurmasından bəri müdafiə idarəsinə rəhbər əvəzi kimi başçılıq edirdi.
"AzPolitika" xəbər verir ki, Xmaranın namizədliyi bir gün əvvəl Prezident Volodimir Zelenski tərəfindən parlamentə təqdim olunmuşdu.
Səsvermədən əvvəl xalq deputatları qarşısında çıxış edən Xmara hərbi xidmətdən tərxis olunduğunu və artıq mülki şəxs statusu daşıdığını bildirib.
"Mən sizin qarşınızda mülki şəxs kimi dayanmışam. Hərbi vəzifə və hərbi xidmət haqqında Qanunun 26-cı maddəsinə əsasən, xidmətdən azad edilmişəm", - deyə o qeyd edib.
Nazir kimi fəaliyyətindəki əsas prioritetləri sadalayarkən o, aşağıdakıları vurğulayıb:
- Cəbhənin gücləndirilməsi və hərbçilərin silahla operativ təminatı;
- Rusiya hərbi və strateji obyektlərinə qarşı "deep strike" (dərin zərbə) və "middle strike" (ortamənzilli zərbə) əməliyyatlarının həyata icrası;
- Ukraynanın hərbi-sənaye kompleksinin inkişaf etdirilməsi və silah istehsalının artırılması;
- Hərbi qulluqçuların müdafiəsi, dəstəklənməsi, təlimləri və xidmət üçün ədalətli qaydaların tətbiqi;
- Prezident, parlament, hökumət, Baş Qərargah, Müdafiə Nazirliyi, ordu, istehsalçılar və tərəfdaşlar arasında əməkdaşlığın möhkəmləndirilməsi.
Xmara xüsusi olaraq qeyd edib ki, müharibədə strateji təşəbbüs Ukraynanın əlinə keçməlidir və bu prosesdə yerli silahlar, eləcə də uzaqmənzilli zərbələr həlledici rol oynamalıdır.
Bundan başqa, Ali Rada tərəfindən Andrey Sibiqanın Ukraynanın xarici işlər naziri təyin edilməsi də dəstəklənib. Bu təyinata 266 deputat "lehinə" səs verərək qərarı qəbul edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:83
Bu xəbər 19 Avqust 2026 16:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















