Icma.az
close
up
RU
Radikal qüvvələr xaricdəki blogerlərdən fərqlənmir Aydin Mirzəzadə

Radikal qüvvələr xaricdəki blogerlərdən fərqlənmir Aydin Mirzəzadə

Modern.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Rusiyanın Cənubi Qafqazda itirdiyi təsir gücünü yenidən bərpa edəcəyi barədə ehtimallar bölgənin təhlükəsizlik balansına birbaşa təsir edə biləcək amillər kimi dəyərləndirilir. Moskvanın Ukrayna müharibəsində qalib gələcəyi təqdirdə buna cəhd edəcəyi istisna olunmur. Bu kontekstdə, müəyyən siyasi dairələrin və şəxslərin xarici təsir müstəvilərində alətə çevrilmə riskləri də müzakirə mövzusu olaraq qalır. Analitik yanaşmalara əsasən, müxtəlif qrupların, o cümlədən radikal mövqeləri ilə tanınan qüvvələrin bu proseslərdə istifadə olunma ehtimalı nəzərdən qaçırılmamalıdır.

Modern.az-a açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə qeyd edib ki, son hadisələr onu göstərir ki, Azərbaycanda dövlət güclüdür.

“Dövlət öz müstəqilliyini və suverenliyini qorumaqda qətiyyətlidir. Bu, Ulu öndər Heydər Əliyevin qurduğu və Prezident İlham Əliyevin həmin yolu uğurla davam etdirməsinin nəticəsidir. Bəzi cəhdlər olur, Azərbaycanı hansısa dövlətin təsiri altına almaq, hakimiyyəti qeyri-qanuni yollarla əldə etmək niyyəti görünür, lakin bütün bunların qarşısı qətiyyətlə alınır.

Eyni zamanda Azərbaycan demokratik dövlətdir. Lakin demokratiyadan sui-istifadə etməyə çalışan qüvvələr də var. Onları adətən “radikal müxalifət” adlandırırlar. Bu, təkcə Azərbaycana aid deyil, dünyanın bir çox ölkələrində radikal müxalifət mövcuddur. AXCP, Müsavat və digər kiçik qrupların problemi ondan ibarətdir ki, onların cəmiyyətdə real sosial bazası yoxdur. Bu qüvvələr daha çox sosial şəbəkələrdə fəaliyyət göstərir və liderləri, mahiyyət etibarilə xaricdəki blogerlərdən heç nə ilə fərqlənmirlər. Hətta blogerlərin auditoriyası belə onlardan qat-qat böyükdür”.

Deputat həmçinin vurğulayıb ki, həmin radikal qüvvələr cəmiyyətin içinə çıxmır, onun problemlərini və həlli yollarını ortaya qoya bilmirlər:

“Ortada ciddi proqram yoxdur, tənqid etmək asan olsa da, radikal müxalifətdə təklif yoxdur. Buna görə də onların cavabını Azərbaycan cəmiyyəti, Azərbaycan seçicisi verir. Fikir verin - nə parlament, nə də prezident seçkilərində öz namizədlərini irəli sürdülər, çünki bilirdilər ki, biabırçı məğlubiyyətə uğrayacaqlar”.

A.Mirzəzadə bildirib ki, bu gün dövlətçiliyin ayaqda durmasının qarantı Azərbaycan xalqıdır:

“Hakimiyyətin mənbəyi xalq olduğu üçün Azərbaycan xalqı müstəqilliyini qorumaqda əzmlidir. Çünki son 200 illik tarix göstərdi ki, torpaqlarımız itiriləndə və mədəniyyətimizin inkişafı başqa dövlətlərin maraqlarına tabe ediləndə Azərbaycan böyük zərər görür. Biz bunu istəmirik. Biz demokratik, müasir dünya birliyində hörməti olan bir dövlət olmaq istəyirik və bunu addım-addım əldə edirik”.

Deputat onu da əlavə edib ki, Rusiyanın xaricdə yaşayan bəzi azərbaycanlılar üzərindan bu istiqamətdə istifadə cəhdləri olub, lakin heç biri nəticə verməyib:

“Azərbaycan cəmiyyətini içəridən sarsıtmaq mümkün deyil. Buna görə də kimlərinsə SSRİ bayrağı ilə cəmi 4 nəfəri parka çıxarması və ya kimlərinsə Azərbaycanda radikal müxalifəti gücləndirmək cəhdləri nə baş tutur, nə də tutacaq”,- deyə A.Mirzəzadə bildirib.
A.Mirzəzadə Rusiyanın Azərbaycandakı radikal qüvvələri maliyyələşdirmə istiqamətində addımlar atdığı istisna olunmur. Lakin o, bununla hansısa ciddi nəticələrə nail olunacağını düşünmür.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:68
embedMənbə:https://modern.az
archiveBu xəbər 29 Noyabr 2025 17:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see224

İcra başçısının nümayəndəliyi möhürü itirdi

13 Yanvar 2026 02:27see195

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see178

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see174

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see170

İsraillə Almaniya arasında təhlükəsizlik sahəsində strateji əməkdaşlıq bəyannaməsi imzalandı

12 Yanvar 2026 03:43see147

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see146

“Azərbaycan sülhdə möhkəmdir”

12 Yanvar 2026 21:45see145

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

13 Yanvar 2026 11:16see144

Tramp İran nümayəndələri ilə görüşə bilər

12 Yanvar 2026 07:39see141

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

13 Yanvar 2026 14:11see140

PUA ların dövriyyəsinə xüsusi icazə və dövlət qeydiyyatı artıq “mygov”da

12 Yanvar 2026 10:10see139

Səhranın qumlu səthi üzərində gələcəyin enerjisi: Zafranın hekayəsi...

12 Yanvar 2026 20:53see132

Qida Təhlükəsizliyi Agentliyi sahibkarları narazı salıb: “Balaca bir obyektimiz var, nə istəyirlər bizdən?”

13 Yanvar 2026 13:48see130

Naxçıvanın sosial iqtisadi inkişafı haqda hesabat tədbiri keçirildi Fotolar

12 Yanvar 2026 20:51see129

Mehdiyev işi nə görə o da ifadəyə çağırıldı

12 Yanvar 2026 19:46see128

Bakıda 41 yaşlı kişi çörək pulu üstündə arvadını döydü TƏFƏRRÜAT

13 Yanvar 2026 18:46see126

“Real”ın baş məşqçisi Xabi Alonsonun müqaviləsinə xitam verilib

12 Yanvar 2026 21:43see125

“Liverpul” İngiltərə Kuboku matçında “Barnsli”ni darmadağın edib VİDEO

13 Yanvar 2026 01:56see124

La Liqa: “Sevilya” “Selta”ya məğlub olub

13 Yanvar 2026 02:11see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri