Icma.az
close
up
RU
Radioaktiv çirklənmə Azərbaycana necə təsir edəcək? Akademik açıqladı

Radioaktiv çirklənmə Azərbaycana necə təsir edəcək? Akademik açıqladı

Icma.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İranın Natanz nüvə obyektində qoruyucu perimetr daxilində kiçik radioaktiv çirklənmə aşkar edilib.

Bu barədə Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) baş direktoru Rafael Qrossi bildirib.

Qeyd edək ki, Natanz nüvə obyekti 4 gün öncə İsrail tərəfindən bombalanıb.

Natanz nüvə obyektindəki radioaktiv çirklənmə lokal səviyyədə qalacaq, yoxsa geniş ərazilərə yayılma riski var? Bəs bunun Azərbaycana təsiri ola bilərmi?

Mövzu ilə “Cebheinfo.az”-a açıqlamasında akademik Adil Qəribov bildirib ki, dinc məqsədli nüvə obyektlərinə hərbi hücum ehtimalı yoxdur.

O qeyd edib ki, BMT tərəfindən bu obyektlərə daimi nəzarət olunur:

“İranda yerləşən nüvə obyektlərini xarakterlərinə görə onları əsasən üç yerə bölmək olar. Birincisi, elmi-tədqiqat xarakterli nüvə obyektləri. Bura tibbi məqsədləri də əhatə etməklə tədqiqat nüvə reaktorları, spallatronlar (sürətləndiricilər), izotop istehsalı və onkoloji məqsədlərlə istifadə olunan radioaktiv izotoplar daxildir.

İkincisi, hərbi məqsədli nüvə obyektləri. İranın əsas məqsədi də məhz bu sahə ilə bağlıdır. Bu obyektlərdə müxtəlif tipli spallatronlar və zənginləşdirilmiş nüvə materialları istifadə olunur. Üçüncüsü, energetik nüvə reaktorlarıdır. Bunlar elektrik enerjisi istehsalı üçün nəzərdə tutulmuş reaktorlardır.

Dinc məqsədli nüvə obyektlərinə (məsələn, tibbi və ya tədqiqat məqsədli reaktorlara) hərbi hücum ehtimalı yoxdur. Çünki bu obyektlərə BMT-nin Atom Enerjisi üzrə Beynəlxalq Agentliyi (AEBA) daimi nəzarət edir. Bu baxımdan əsas təhlükə yalnız zənginləşdirilmiş uran istehsalı ilə məşğul olan obyektlərə aiddir”.

Onun sözlərinə görə, tədqiqat nüvə reaktorlarında və tibbi məqsədlərlə istifadə olunan radioaktiv maddələrin miqdarı çox azdır və onların geniş ərazilərə təsir göstərməsi real deyil:

“Tədqiqat nüvə reaktorlarında və tibbi məqsədlərlə istifadə olunan izotoplarda işlənən radioaktiv maddələr çox az miqdarda olur. Ümumiyyətlə, tibbi materiallarda istifadə ounan redioaktiv izotoplar qramladır.

Tədqiqat nüvə reaktorlarında isə 20–30 kiloqram civarındadır. Belə maddələrin partlaması və ya dağılması yalnız bir neçə kilometr əhatəsində təsir göstərə bilər, daha geniş ərazilərə yayılma ehtimalı yoxdur. Zənginləşmə obyektlərində istifadə olunan uran təbii urandır. Burada uran-238 və uran-235 izotopları bir-birindən ayrılır. Təbii uranda uran-235-in miqdarı cəmi 0.7 %-dir.

Silah istehsalı üçün isə bu göstəricinin 90 %-ə çatdırılması lazımdır. Bu proses "zənginləşmə” deyilən bir mərhələsidir. Zənginləşmə zamanı uran qaz halına gətirilir və sentrifuqa qurğularında fırladılaraq molekul kütlələrinə görə ayrılır.

Bu prosesdə uran tetraflorid (UF₄) və uran heksaflorid (UF₆) kimi qazlar əmələ gəlir. Hər hansı hücum baş verərsə, əsas hədəf məhz bu sentrifuqalar və ya uranla işləyən reaktorlar olur. Belə hallarda müəyyən sızmalar müşahidə oluna bilər.

Qeyd edək ki, hətta təbii şəraitdə belə, dağlarda uran yataqları olan ərazilərdə radioaktiv fon səviyyəsi bir qədər yüksək ola bilər. Uran qazları ağır qazlar sayılır və bu səbəbdən də nə özbaşına, nə də küləklə uzaq məsafələrə yayıla bilməzlər. Onların maksimal yayılma məsafəsi adətən 3-4 kilometr, çox güclü külək olduqda isə 10-15 kilometrə qədər ola bilər”.

O bildirib ki, Azərbaycan həmin obyektlərdən yüzlərlə kilometr uzaqdadır və buna görə də respublikamıza heç bir təsiri olmayacaq:

“Atom elektrik stansiyalarına edilən hücumlar isə beynəlxalq razılaşmalar və mexanizmlərlə tənzimlənən obyektlərdir.Buna görə də belə obyektlərdə partlayış ehtimalı çox aşağıdır. Əgər energetik nüvə reaktorunda hər hansı partlayış baş verərsə, bu, müəyyən səviyyədə Azərbaycana və qonşu ölkələrə təsir edə bilər.

Buna görə də Azərbaycanın müvafiq qurumları artıq keçən həftənin cümə günündən etibarən sərhədyanı rayonlarda monitorinqlər aparılır. Bu prosesdə Milli Nüvə Tədqiqatları Mərkəzinin, Fövqəladə Hallar Nazirliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları aktiv şəkildə iştirak edirlər.

Hər hansı bir radioaktiv sızma baş verərsə, qarşısını almaq üçün həm kadr, həm də texniki baxımdan kifayət qədər imkanlarımız var. Buna görə də Azərbaycan əhalisinin təşvişə düşməsi üçün heç bir əsas yoxdur. Bu vaxta qədər ölkəmizə heç bir təsir olmayıb və bundan sonra da olmayacaq”. 

Əfsanə Rəcəb
“Cebheinfo.az”

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:236
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 19 İyun 2025 17:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see286

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see277

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see262

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see250

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see237

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see236

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see225

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see221

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see215

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see210

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see210

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see210

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see210

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see198

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see196

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see193

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see185

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see182

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri