Radomyak ın baş məşqçisi: Renat Dadaşov start heyətində yer almaq üçün mübarizə aparır
Sportal.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Polşanın “Radomyak” klubunun baş məşqçisi Joao Enrikeş azərbaycanlı hücumçu Renat Dadaşovun "Krakoviya" ilə keçiriləcək Ekstraklasa 24-cü turunun matçında start heyətində yer alması ehtimalından danışıb.
Sportal.az xəbər verir ki, klubun rəsmi saytına danışan Enrikeş millimizin forvardı haqda bunları deyib:
"Renat Dadaşov da digər oyunçular kimi start heyətində yer almaq üçün mübarizə aparır. Bu baxımdan hamı bərabərdir. Bizim oyun üçün öz strategiyamız var və start heyəti ilə bağlı qərar verəcəyik. Qarşılaşma üçün heyətə daxil olmağa hazır olan üç qapıçı da daxil olmaqla 24 futbolçumuz var".
Qeyd edək ki, “Krakoviya” – “Radomyak” görüşü sabah keçiriləcək.
Bu mövzuda digər xəbərlər:Radomyak ın Renat Dadaşov planı
01 Aprel 2025 21:38
Radomyak üçün səfər sınağı: Renat Dadaşov ehtiyatda
08 Mart 2025 20:05
Renat Dadaşov Radomyak dan ayrıldı
30 İyun 2025 18:18
Renat Dadaşov debütdə Radomyak ı xilas edib
28 Fevral 2025 23:26
Renat Dadaşov Radomyak a qələbə qazandırdı VİDEO
08 Mart 2025 20:20
Baxış sayı:114
Bu xəbər 07 Mart 2025 10:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















