Icma.az
close
up
RU
Rafael Ağayev: Uğurlarımı təkrarlaya biləcək idmançı dünyaya gəlməyəcək”

Rafael Ağayev: Uğurlarımı təkrarlaya biləcək idmançı dünyaya gəlməyəcək”

Icma.az bildirir, Idman.biz portalına istinadən.

“Valideynləri gənclərə seçdikləri idman növündən asılı olmayaraq, hər zaman dəstək göstərməlidirlər. Uşağın idmana həvəsini artırmaq üçün məşqçi ilə yanaşı, valideyn də kömək etməlidir. Bütün gənclərimizə uzun və sağlam ömür arzulayıram. Diləyirəm ki, hər zaman pis vərdişlərdən uzaq olsunlar”.

İdman.biz xəbər verir ki, bunu AZƏRTAC-a açıqlamasında Azərbaycanın karate üzrə 5 qat dünya, 11 qat Avropa çempionu Rafael Ağayev deyib.

Tokio Olimpiadasının gümüş mükafatçısının sözlərinə görə, yaxşı nəticələr və titullar əldə etmək üçün ilk növbədə idmanı sevmək lazımdır: “Peşəkar idmançı məşqlərini hər zaman düzgün formada yerinə yetirməli, verilən tapşırıqlara ciddi yanaşmalı və hazırlıqlardan yayınmamalıdır. Milli komandanın məşqçi heyəti ilə mehriban olmalıdır. Bir sözlə, bir-birilərini başa düşməlidirlər. Məşqçi ilə idmançı arasında olan bağ ana ilə bala arasındakı kimi olmalıdır. Ən əsası, uğur qazandıqdan sonra xarakter olaraq dəyişməməlidir. Sevincini içində boğa, xalqla və ya onu sevənlərlə paylaşa bilər. Sözsüz ki, Azərbaycan xalqı hər bir idmançının uğurlarına sevinir. Bu, əzəldən belə olub. Gənclər isə ilk növbədə valideynlərinin sözlərinə qulaq asmalıdırlar. Bundan başqa, idmançının orta məktəbdə biliyi zəif olsa belə, tərbiyəsi yerində olmalıdır. Tərbiyə də ailədən gəlir”.

Ağayev idman uğrunda bir çox şeyi qurban verdiyini söyləyib: “Hər idmançının fərqli həyat tərzi və karyerası olur. Təbii ki, oxşarlıqlar da ola bilər. Amma mən özüm bu gün bu səviyyədə ola bilmək üçün çox şeyləri qurban vermişəm. Müəyyən müddət zədələrdən əziyyət çəkmişəm. Hətta 2013-2014-cü illərdə zədələr üzündən dünya və Avropa çempionatlarını buraxmaq məcburiyyətində qalanda bu turnirləri televiziyadan göz yaşları ilə izləyirdim. Yalnız azərbaycanlı deyil, Türkiyədən olan həkimlər də artıq karyeramın bitdiyini söyləyirdilər. Normal insanın bu travmalarla davam edə bilməyəcəyini demişdilər. Amma şükürlər olsun ki, sonradan özümü toparladım. Türkiyəli həkimlər məni ayağa qaldırdılar. Onlara minnətdaram. Bir çox şeyi qurban verərək yenidən idmana qayıtdım. Demək olar ki, sıfırdan başladım. Bu, heç də asan olmadı. Çətinliklə bu mərhələləri adladım və nailiyyətlər əldə etdim. 5 dəfə dünya, 11 dəfə Avropa çempionatının və iştirak etdiyim bir çox turnirin qalibi olmuşam. Avropa və İslam Həmrəyliyi Oyunlarında medallar qazanmışam. Həmçinin “Tokio-2020” Yay Olimpiya Oyunlarının gümüş mükafatçısıyam. Sözsüz ki, Olimpiadada fəxri kürsünün ən yüksək pilləsinə qalxmaq istərdim. Amma həyat sürprizlərlə doludur. Deməli, qismət belə imiş. Olimpiadadan sonra “Karate Kombat”da gücümü sınamağa başladım. Bu, tamamilə karate idmanından fərqlidir. Bəzi məşhur idmançılar burada döyüşə bilməyəcəklərini dedilər. Amma mən bütün müsahibələrimdə uşaqlıqdan döyüşməyə çox meyilli olduğumu söyləmişəm. Həmişə dəcəl idim. Bilirdim ki, bacarmaq üçün gücüm var. Beləliklə, MMA məşqlərinə başladım və orta çəkidə dünya çempionu kəmərinin sahibi oldum, həmin kəməri bir dəfə qorudum”.

Karate ustası “dünyaya ikinci Rəfael Ağayev gələcəkmi?” sualına isə belə cavab verib: “Həyatda hər şey mümkündür. Şübhəsiz, Allah məndən güclüsünü də yaradacaq. Allahın işinə qarışmaq olmaz. Amma əminliklə deyə bilərəm ki, ən azı 17-18 il ərzində mənim uğurlarımı təkrarlaya biləcək idmançı dünyaya gəlməyəcək”.

İdman.biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:156
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 28 Fevral 2025 13:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see302

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see268

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see251

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see242

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see242

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see240

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see227

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see227

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see226

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see220

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see218

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see209

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see208

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see207

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see203

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see201

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see197

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri