Icma.az
close
up
RU
Rafael Ağayev Volkswagen in rəsmi siması oldu (VİDEO)

Rafael Ağayev Volkswagen in rəsmi siması oldu (VİDEO)

Baku.ws portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Volkswagen-in Azərbaycanda rəsmi siması 5-qat Dünya Çempionumuz Rafael Ağayev olub.

Dünya Karate Arenasının ən tanınmış simalarından biri, yeganə 5-qat dünya çempionu, dəfələrlə Avropa və digər yarışların birincisi - həmyerlimiz Rafael Ağayev bu ildən avtomobil dünyasının nəhəngi olan Volkswagen AG-nin Azərbaycanda ulduz səfiri (brand ambassador) olmuşdur. Rəsmi sima olaraq, o, brendin dünya üzrə və ölkəmizdə keçirilən sınaq yürüşlərində, avtomobil yarışlarında, təqdimat və digər tədbirlərində Volkswagen Azərbaycan adından iştirak edəcək. Yerli idxalçı "Euro Style LTD” MMC-nin Marketinq Bölməsinin rəhbəri Fərid Abdullayev bu xəbəri belə şərh edib:

"Çox şadıq ki,  Volkswagenin Azərbaycanda da rəsmi simasi təsdiqləndi. O, məhz fəxrimiz Rafael Ağayev seçildi. Bunun əsas səbəbi, xitab etdiyimiz dəyərlərin və Rafaelin tərzinin brendlə həmahəng olmasıdır. Əminik ki, hər iki tərəf üçün doğru seçimdir və ali məqsədimiz qarşılıqlı uğurların əldə olunmasıdır. 

Hər kəs kimi Rafaeldən yeni uğurlar, qələbələr gözləyirik. May ayında keçiriləcək İslam oyunlarında ona yalnız birincilik arzu edirik və 2020 – ci ildə Tokyoda keçiriləcək Yay Olimpiya oyunlarından vətənə karate üzrə ilk olimpiya qızılı ilə qayıtmasını diləyirik. 

Artıq Rafael ilə ilk video çarxımızı çəkmişik. Bunu tezliklə sosial mediada, televiziya kanallarında, kinoteatrlarda və daha böyük portallarda görə biləcəksiniz. Bu video çarx öyrəşdiyimiz standart reklamlar sırasından biri yox, fərqli təqdimatda və Rafaelin bir növ uğur tərzini təsvir edən müvəffəqiyyətli işimiz oldu.”

Karate ulduzumuz da öz növbəsində bu əməkdaşlıqdan məmnunluğunu bildirib. Onun sözlərinə görə alman brendləri ilə ilk əməkdaşlığı deyil, hal-hazırda məşhur Adidas firmasının da karatedə dünya üzrə rəsmi simasıdır. "Volkswagen qrupuna aid olan bir neçə avtomobilin sahibi olmuşam və hal-hazırda yeni Passat sürürəm. Avtomobil gözlədiyimdən də üstündür... Tam səmimi deyirəm, əsl alman avtomobili xarakterini mənə yaşadır və xarakterlərimizin bir çox mənada üst-üstə düşdüyünə görə məhz bu markanın ulduz səfiri olmağıma razılıq verdim.”

"Euro Style Ltd" şirkəti Volkswagen AG-nin Azərbaycanda yeganə eksklüziv idxalçısıdır. Fəaliyyət sahəsi Volkswagen markalı bütün sərnişin ve kommersiya avtomobillərinin satışı və servis xidmətindən ibarətdir.

Əlaqə telefonları: 

Avtomobil satışı: *7788; (+99412) 555 77 88; (+99455) 555 77 88; 

Satışdan sonra xidmət (servis): *5588; (+99412) 514 58 58 

Ünvan: Babək pr., 35A 

E-mail: [email protected]

www.volkswagen.az 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:153
embedMənbə:https://baku.ws
archiveBu xəbər 12 May 2025 04:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see294

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see292

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see280

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see259

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see251

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see246

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see239

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see235

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see229

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see228

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see215

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see205

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see201

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see200

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see198

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see198

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see196

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see185

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see184

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri