Rafael Fiziyev: Deyəcək bir söz yoxdur, yaxşıca döyüldüm Video
Icma.az bildirir, Qol.az saytına əsaslanaraq.
Azərbaycanlı döyüşçü Rafael Fiziyev UFC 325 turnirində braziliyalı Maurisio Ruffiyə uduzduğu görüşdən sonra fikirərini bölüşüb.
QOL.az xəbər verir ki, o, sosial şəbəkə hesabındakı paylaşımında bildirib ki, özünü inkişaf etdirib daha irəli gedəcək:
"Nə deyə bilərəm ki? Deyəcək bir söz yoxdur. Yaxşıca döyüldüm. Texniki nokaut. Nə etmək olar? Mən cəsarətimin çatdığı o həyatı yaşayıram. Bəli, mən buna cürət etdim. Mən döyüşçüyəm, geri qayıdacam. Yenə də davam edəcəm, özümü inkişaf etdirəcəm, çalışacam, irəli gedəcəm və hamını qələbələrimlə sevindirməyə çalışacam. Bunun öhdəsindən gələcəm. Dəstək olan hər kəsə təşəkkür edirəm. Hamınızı sevindirmək alınmadı..."
Xatırladaq ki, Fiziyev yüngül çəki dərəcəsində baş tutan və turnirin üçüncü ən vacib döyüşü hesab olunan qarşılaşma ikinci raundda nokautla Maurisio Ruffiyə uduzub.
Baxış sayı:95
Bu xəbər 01 Fevral 2026 11:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















