Rafael Fiziyev: Döyüşə hərtərəfli hazıram
Fanat saytından alınan məlumata görə, Icma.az bildirir.
Bakıda keçirilən UFC turnirinin rəsmi media günündə oktaqonun ulduz siması Rafael Fiziyev mətbuat konfransında iştirak edib.
Fanat.Az xəbər verir ki, təcrübəli döyüşçü rəqibinin üstünlüklərindən, Castin Qeyci ilə olan keçmiş döyüşlərindən və şənbə günü baş tutacaq qarşılaşmaya olan hər tərəfli hazırlığından danışıb. İdmançının jurnalistlərlə olan dialoqunu təqdim edirik:
- Castin Qeyciyə qarşı hər iki matçda məğlub oldun, amma Topuria ilə görüşdə gördük ki, o, həqiqətən güclüdür. Bu barədə nə deyə bilərsən?
- Castinlə qəfəsdə 30 dəqiqə olduq, o, öz çıxışı ilə mənə motivasiya verdi, onu yenidən görmək xoş olardı mənə.
- Rəqibin haqqında nə deyə bilərsən? Onun güclü tərəfləri ilə bağlı nə düşünürsən?
- Rəqibim hündürdür, məncə gücümüz əllərimizdədir, indiyə qədər UFC-də xeyli təcrübə toplamışam, güclü tərəflərimi onun zəif tərəflərinə qarşı istifadə edəcəm.
- Döyüş 5 raunda uzansa, xüsusi planın varmı?
- 5 raund daha yaxşıdır, rəqibi başa düşmək olur.
- Bu döyüşdə sənə fiziki hazırlıq təsir edəcək, yoxsa psixoloji hazırlıq?
- Mən döyüşə hərtərəfli hazıram. Şənbə günü də özümü əla göstərəcəyəm.
- Ət yeməklərinə üstünlük verdiyini görürük, bu sənə döyüş ərəfələrində çətinlik yaratmır?
- Pəhriz tutmaq daha çətin olur.
Kamil Xudiyev
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:130
Bu xəbər 24 İyun 2026 16:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















