Icma.az
close
up
RU
Menu

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

GEROPHARM Avstriyada uşaqlarda piylənmənin tirzepatidlə müalicəsinə dair dünyada ilk məlumatları təqdim edib (Foto)

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

Demokratik dövlətin dünyəvi məktəbi, millətin isə yeganə ortaq məkanı!

Maştağa xəstəxanasında iynələri pasiyentlərin özlərinə aldırırlar?

® Energetiklərə 3 faizədək endirimli, komissiyasız kredit fürsəti

Parisdə turizm təqdimatı

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

Amerikalı aktrisa Hilari Suonk 52 yaşında 3 cü dəfə ana olacaq

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

Fuad Abdullayev: Bakı məhkəməsinin Nürnberq Tribunalı ilə müqayisəsi mühüm hüquqi və siyasi mesajdır

Telegram da YENİLİK: “Xəbərlər” bölməsi yaradılacaq

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

Rafael Fiziyevin həyat hekayəsi

Rafael Fiziyevin həyat hekayəsi

Milli.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Ataman" ləqəbli qaydasız döyüş ustası, əslən biləsuvarlı və İmam Hüseyn aşiqi...

Milli.Az xəbər verir ki, 14 noyabr 1914-cü ildə "İqbal" qəzetində çap olunmuş "Aşura" məqaləsində Məhəmməd Əmin Rəsulzadə yazır ki, "Hüseyn əleyhissəlam inandığı və etiqad elədiyi fikri üstündə ölməyincə, özünün əbədi bir rəhmətə nail ola bilməyəcəyini göstərmiş ikən, biz "mən - mənə, o - ona, o - o yana" timsalından dörd əlli yapışıb səadətdarini üç-dörd qətrə göz yaşı müqabilində veriləcək qədər ucuz bir şey sandıq..."

Mahatma Qandi isə deyir ki, "Mən inqilabımda İmam Hüseynin hərəkatına borcluyam". Tolstoy da qeyd edir ki,  "Zəburun, Tövratın, İncilin faciəsi onda oldu ki, onların Quranın qəhrəmanı kimi İmam Hüseyni olmadı".

Beləliklə, onlarla siyasət, elm, ədəbiyyat adamlarından, qeyri-müsəlman (alman, ingilis və s.) mütəfəkkirlərdən iqtibaslar gətirmək olar ki, İmam Hüseyn məktəbini öz xalqları üçün bir örnək göstərirlər. Yəni Kərbəla hadisələri yalnız İslam xilafəti və onun coğrafiyası ilə məhdudlaşmır.

Hüseyn aşiqi

Ona görə üstündən 14 əsr keçən Aşura qətliamı bu gün də hətta İslam və ya şiə müsəlmanı coğrafiyasından kənarda yaşayanların qəlbini sarsıdır. Onlardan biri Azərbaycanı mua-tay döyüşlərində təmsil edən Rafael Fiziyevdir. Sosial şəbəkələrin Azərbaycan seqmenti qələbədən sonra Rafaelin rinqdəki çıxışını hələ də müzakirə etməkdədir.

O, göz yaşları içərisində olmasını qələbə sevinci ilə bağlamır, deyir ki, İmam Hüseynin şəhadətinin 3-cü günü ilə əlaqədardır. Və rinqdə yüzlərlə insanın qarşısında İmam Hüseyni, Əbəlfəzl Abbası və digər Kərbəla şəhidlərini zikr edir. Bu, idman yarışları tarixində bəlkə də ilkdir. Biz idmançıların ən müxtəlif şəkillərdə dini rituallarını, dualarını görmüşük, amma Fiziyevin rinqdə az qala Kərbəla şəhidləri üçün üsyan etdiyini söyləmək olardı. Elə bu günlərdə onun daha bir görüntüləri yayıldı. Rafael məscidlərin birində əzadarlıq edir, sinə döyürdü. Onun sərt idman növü ilə məşğul olmasına baxmayaraq, kövrək ürək sahibi olduğu həm Kərbəla şəhidlərinə məhəbbətindən, həm də onlar üçün sidq-ürəklə rinqdə göz yaşı tökməsindən hiss olunur. Və MMA döyüşçüləri arasında Rafael yəqin ki, yeganə güclü şiə inanclıdır. Hərçənd özü çıxışlarında məzhəb ayrı-seçkiliyinin əleyhinə çıxır, lakin onun Hüseyni, Abbası, Səkinəni zikr etməsi, məsciddə əzadarlığı bir faktdır ki, güclü şiə müsəlmanıdır.

Hətta ötən il Fiziyev İraqın Kərbəla şəhərinə səfər edib.

O, "Hacı Şahin Dostları" tərəfindən qurulan xeyməni (çadır) də ziyarət edib.

Bir sözlə, ölkəmizdə və şiə coğrafiyasında hazırda davam edən Məhərrəm ayının hər il xatırlanan qəhrəman şəhidləri ilə yanaşı, bu dəfə Hüseyn aşiqi Rafael Fiziyev də ictimaiyyətin və "Yeni Müsavat"ın "Persona" rubrikasının diqqət mərkəzindədir...

Biləsuvarlı balası

Azərbaycanın adını UFC-də (Ultimate Fighting Championship - Mütləq Döyüş Çempionatı) layiqincə təmsil edən Rafael Salman oğlu Fiziyev 5 mart 1993-cü ildə Qazaxıstanda anadan olub. Onun atası milliyyətcə azərbaycanlı, anası isə rusdur. Kiçik yaşlarında ailəsi ilə birgə Qırğızıstana köçüb. Fiziyevin (Feyziyev) əslən Biləsuvar rayonu ilə bağlılığı müəyyən olunub. O, ölkə telekanallarından birində qonaq olarkən, atasının əslən biləsuvarlı olduğunu demişdi: "Atam əslən biləsuvarlıdır. Bu yaxınlarda qohumlarım söhbət zamanı mənə bildirdilər ki, Milli Qəhrəmanımız, şəhid Mübariz İbrahimov da biləsuvarlıdır. Mənim üçün bu, həqiqətən də böyük fəxrdir. Fəxr edirəm ki, həmin bölgədənəm və mənim əslim ordandır".

Atası Feyziyev Salman Əliabbas oğludur. Ulu babası Kazım 1930-cu illərdə Qazaxıstana sürgün edilib. Feyziyevlər ailəsi sürgün olunanadək Biləsuvarda həmin dövrdə İran sərhədi istiqamətində yerləşən Qriboyedovka kəndində yaşayıblar. Kazım kişi ömrünün sonunadək Qazaxıstanda yaşayıb və orada vəfat edib. Onun 10 övladı olub. Məhz Rafael də onun 10 övladından biri Əliabbasın nəvəsidir.

Rafael atasının təşəbbüsü ilə məktəb illərində muay-tayla məşğul olmağa başlayıb. Sonrakı illərdə Rafael döyüş sambosu, boks, cui-citsu, güləş növlərində də özünü sınayıb. Yetkinlik yaşına çatdıqdan sonra ustalığını artırmaq üçün Tailanda köçür. Lakin maddi çətinliklər ucbatından çox keçməmiş Qırğızıstana qayıtmaq lazım gəlir. Bu zaman gənc idmançı özünə yeni peşə seçir. Qırğızıstan Daxili İşlər Nazirliyinin məktəbinə daxil olan

Rafael atası kimi polis olmaq istəyir. Lakin bu sevda uzun çəkmir. Tezliklə hüquq-mühafizə sistemindən tərxis olaraq, bütün fikrini peşəkar idmana yönəldir.

Qırğızıstandan ayrılıq səbəbi

Bioqrafiyasından da göründüyü kimi, Rafael elə bir mühitdə yaşayıb ki, orada şiə məzhəbi güclü təsirə malik deyil. Yəni Orta Asiyada Aşuranın qeyd olunması olduqca məhdud kontingenti əhatə edə bilər. Amma Fiziyev belə bir şəraitdə olduqca güclü imana malik şiədir.

Görünür ki, burada ailənin təsirləri, yaxud da çevrəsindəki şiə inanclılarının rolu olub. Fiziyev ailəlidir, Kamilla adlı özbək əsilli xanımla evlidir. Onların Musa və Əli-Abbas adlı iki oğlu var. O, 2021-ci ildə Qırğızıstanı təmsil etsə də, daha sonra baş verən xoşgəlməz hadisələrə görə uşaqlıq və yeniyetməlik dövrünü keçdiyi ölkə ilə vidalaşır. Həmin vaxtdan etibarən Azərbaycan bayrağını dalğalandırır. Belə ki, Fiziyevin Qırğızıstanı tərk edərək Azərbaycanı təmsil etməsinə səbəb ölkədə ona və ailəsinə qarşı dini zəmində yaranan təhdidlər olub.

İdmançıya qarşı təzyiqlər onun dini baxışları, xüsusilə də məsciddə çəkilən və sosial şəbəkələrdə yayılan görüntüləri ilə bağlı yerli din xadimlərinin tənqidlərindən sonra başlayıb. "Müftilik düşünmədən hərəkatıma qarşı və şəxsən mənim əleyhimə danışdı. Sonra savadsız fanatiklər hücum etdilər, nifrət dəhşətli idi. Orada o qədər cinayət işi açıla bilərdi. Hakimiyyət diqqət yetirmədi, ictimaiyyət dəstəkləmədi. Düşündüm ki, deməli, ora mənim deyil, mənim evim deyil", - Rafael izah edib.

O, Azərbaycanı çox sevdiyini bildirir və vətəni sayır. Yeri gəlmişkən, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurasının üzvü Hacı Surxay Məmmədli ona üzük hədiyyə edib. Yəni Rafael təkcə döyüşçü yox, həm də bir inanclı kimi Azərbaycanda rəğbət qazanmaqdadır.

14 qələbə, "Zəngəzur Azərbaycandır!" elanı

Əslində, karyerasının ilk illərində "W.I.N FC, Boroda FC",  "Primal FC", "Road FC" və "Titan FC" turnirlərində qüvvəsini sınayan Fiziyev 2019-cu ildə qərarını verir: yalnız UFC yarışları! Rafael indiyədək bu çempionatda çıxış edir. Yeri gəlmişkən, Fiziyevin ləqəbi "Ataman"dır. O, UFC-də 3 dəfə "Gecənin çıxışı", 3 dəfə isə "Gecənin döyüşü" mükafatına layiq görülüb. O, 2023-cü ilin martında ABŞ təmsilçisi Castin Qeyci ilə mübarizədə yaxşı təsir bağışlasa da, hakimlərin qərarı ilə məğlub olub. Bundan altı ay sonra oktaqona qayıdan Rafael bu dəfə bəxtsizliklə üzləşib. Polşalı Mateuş Qamrotla döyüşün 2-ci raundunda diz nahiyəsindən ciddi zədə alan idmançımız görüşü davam etdirə bilməyib.

Amma onu da deyək ki, 2026-cı ilin fevralında UFC 325 turnirində Fiziev avstraliyalı döyüşçü Maurisio Rafi ilə qarşılaşıb və ikinci raundda texniki nokautla məğlub olub. Bu, onun peşəkar MMA karyerasında nokautla aldığı ikinci məğlubiyyətdir. Ümumilikdə, 14 qələbə və 5 məğlubiyyətdən ibarət statistikaya malikdir. Rafaelin uğur sirri onun qeyri-adi "Matrix" sayağı müdafiə bacarığı, dünya səviyyəli Tay boksu (Muay Tay) zərbə texnikası və Tailanddakı məşhur "Tiger Muay Thai" klubunda keçdiyi ağır məşq proseslərinə dayanır.

Rəqibin başa vurduğu zərbələrdən yayınmaq üçün bədəni qeyri-adi şəkildə geriyə əyməsi onun qeyri-rəsmi "Matris" üslubu adlanır və rəqibləri çaşbaş salır. Muay Tay elementlərini kəskin şəkildə birləşdirərək həm ayaqla (diz, fırlanan zərbələr), həm də əllərlə ani və dağıdıcı zərbələr endirə bilir. Həm sağ, həm də solaxay mövqedən döyüşə bilməsi ona rəqibləri təəccübləndirmək və istənilən məsafədən hücum etmək imkanı yaradır.

Rafael Fiziyev növbəti döyüşünü keçmiş yüngül çəki çempionu Çarlz Oliveyra ilə keçirməyi planlaşdırır. Fiziyev braziliyalı ilə qarşılaşmaq istəyini açıq şəkildə ifadə edərək, hazırda titul uğrunda mübarizədən daha çox maraqlı qarşılaşmalara diqqət yetirdiyini qeyd edib. Döyüşün rəsmi tarixi və müqaviləsi hələ açıqlanmayıb.

Ən nəhayət, Fiziyev bir Azərbaycan sevdalısıdır. Hələ 2023-cü ildə Azərbaycan-Ermənistan sərhədində baş verən gərginlikdən sonra "Instagram" hesabında Zəngəzurun xəritəsini paylaşıb və "Zəngəzur Azərbaycandır!" yazıb. Bugünlərdə isə UFC-nin yüngül çəkidə əsas ulduzlarından biri olan Arman Sarukyan Fiziyevi bəyənir, hesab edir ki, o, hazırda divizionda hamıdan daha yaxşı zərbələrə malikdir, texnikası çox yüksək səviyyədədir. (Musavat.com)

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:186
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 09 İyul 2026 00:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see440

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see391

GEROPHARM Avstriyada uşaqlarda piylənmənin tirzepatidlə müalicəsinə dair dünyada ilk məlumatları təqdim edib (Foto)

15 Oktyabr 2026 14:54see355

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see286

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see221

Demokratik dövlətin dünyəvi məktəbi, millətin isə yeganə ortaq məkanı!

15 Oktyabr 2026 20:10see214

Maştağa xəstəxanasında iynələri pasiyentlərin özlərinə aldırırlar?

15 Oktyabr 2026 19:50see214

® Energetiklərə 3 faizədək endirimli, komissiyasız kredit fürsəti

15 Oktyabr 2026 17:26see210

Parisdə turizm təqdimatı

16 Oktyabr 2026 00:22see204

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see202

Amerikalı aktrisa Hilari Suonk 52 yaşında 3 cü dəfə ana olacaq

16 Oktyabr 2026 00:14see194

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see191

Fuad Abdullayev: Bakı məhkəməsinin Nürnberq Tribunalı ilə müqayisəsi mühüm hüquqi və siyasi mesajdır

15 Oktyabr 2026 21:02see188

Telegram da YENİLİK: “Xəbərlər” bölməsi yaradılacaq

15 Oktyabr 2026 18:23see185

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see182

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see181

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see173

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see170

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see160

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see158
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri