Rafael Hüseynov: Azərbaycanın gücü həm də mədəniyyət və mənəvi dəyərlərdədir
Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.
Antalya, 3 noyabr, Gülay Nəzərova, AZƏRTAC
Azərbaycan Mədəniyyət Elçilərinin I Forumu göstərir ki, Azərbaycanın gücü yalnız iqtisadi və ya siyasi göstəricilərdə deyil, həm də mədəniyyət və mənəvi dəyərlərdədir. Burada gördüyümüz sərgilər, konsertlər, müzakirələr – bunlar hamısı bizim birliyimizin, milli ideyamızın təzahürüdür. Əslində bu forumun nüvəsində Azərbaycan ideyası – Azərbaycanın birliyi və gücü dayanır.
AZƏRTAC xəbər verir ki, bunu noyabrın 3-də Türkiyənin Antalya şəhərində Azərbaycan Mədəniyyət Elçilərinin I Forumunda çıxışı zamanı Azərbaycan Respublikasının Milli Məclisinin sədr müavini, akademik Rafael Hüseynov söyləyib.
"Son illər xaricdə yaşayan müxtəlif peşə sahiblərimizin – alimlərin, həkimlərin, mühəndislərin forumları keçirilib. İndi isə mədəniyyət xadimləri, yaradıcı insanlar bir araya gəlib. Bu tədbirlərin hər birinin məqsədi birdir – Azərbaycanın daha güclü, daha təşkilatlanmış, daha nüfuzlu olması", - deyə R.Hüseynov diqqətə çatdırıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:76
Bu xəbər 03 Noyabr 2025 13:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















