Rafael Hüseynov: Dinlər, mədəniyyətlər arasında dialoq dünyanın gələcəyi üçün son dərəcə vacibdir AZƏRTAC
Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Rabat, 19 dekabr, AZƏRTAC
“Dinlərarası harmoniya: Dinc birgəyaşayışın təşviqi” mövzusunda keçirilən beynəlxalq konfransın açar sözləri tolerantlıq, birgəyaşayış, ahəngdarlıq, dinlər arasında nizamdır. Ancaq dinlər arasındakı bu nizamın, ahəngdarlığın varlığı, əslində ölkələr, xalqlar arasındakı nizamı, ahəngdarlığı təmin edir. Bu konfransda müxtəlif ölkələrdən olan, müxtəlif dinləri təmsil edən insanlar iştirak edirdilər. Onların arasında din xadimləri, siyasət adamları və elm xadimləri vardı. Onların nitqlərində kəsişən məqamlar həddindən artıq çox idi. Bu isə bir daha sübut edir ki, insanları, xalqları, ölkələri bir-birindən ayıran cəhətlərdən daha çox onları birləşdirən cəhətlər var.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Milli Məclisin vitse-spikeri, akademik Rafael Hüseynov ICESCO-nun Rabat şəhərindəki mənzil qərargahında “Dinlərarası harmoniya: dinc birgəyaşayışın təşviqi” mövzusunda keçirilən beynəlxalq konfransda bildirib.
Akademik dinlər, mədəniyyətlər arasında dialoqun dünyanın gələcəyi üçün son dərəcə vacib olduğunu vurğulayıb. R.Hüseynov Mərakeşlə Azərbaycan arasında oxşar cəhətlərin olduğunu qeyd edərək, hər iki ölkədə mövcud tolerantlıq və dinc birgəyaşayış mühitinin nümunəvi olduğunu bildirib. Diqqətə çatdırıb ki, Azərbaycanda və eləcə də Mərakeşdə müxtəlif xalqların və dinlərin nümayəndələri dinc şəraitində birgəyaşayırlar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:107
Bu xəbər 19 Dekabr 2024 11:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















