Rafael Lean “Qalatasaray“da nə qədər qazanacaq? Müqavilənin detalları
Icma.az, Moderator.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Portuqaliyalı ulduz vinger Rafael Lean karyerasında yeni səhifə açaraq "Qalatasaray"a keçməyə hazırlaşır.
Moderator.az xəbər verir ki, artıq istedadlı futbolçunun İstanbul nəhəngində əldə edəcəyi qazancın təfərrüatı da məlumdur.
Səs-küylü transferin maliyyə tərəfləri xüsusi diqqət çəkir. Türkiyə klubu bu keçid üçün İtaliya klubuna 44 milyon avro ödəyəcək. Razılaşmaya əsasən, "Milan" gələcəkdə futbolçunun başqa kluba mümkün satışından əlavə 20 faizlik pay da əldə edəcək.
Türkiyə çempionu ilə portuqaliyalı vinger arasında imzalanacaq sözləşmənin 2030-cu ilə qədər olacağı vurğulanır. Bu müddət ərzində 27 yaşlı hücumameyilli oyunçu İstanbul təmsilçisində hər mövsüm üçün 12 milyon avro məvacib qazanacaq.
Qeyd edək ki, "Qalatasaray" rəhbərliyi Leanın transferi üzrə "Milan"la bütün detalları tam razılaşdırıb. Futbolçunun məhz bu gün tibbi yoxlanışdan keçərək rəsmi müqaviləyə qol çəkəcəyi gözlənilir. /oxu.az/
Baxış sayı:110
Bu xəbər 29 Avqust 2026 14:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















